
Mir.az kitab 🇦🇿
February 26, 2025 at 03:34 AM
Seymur Baycan – yazıçı, publisist. 22 aprel 1976-cı ildə Füzuli rayonunda doğulub. Ən yeni dövr Azərbaycan ədəbiyyatının müstəqillik dövrü yazıçılarından biridir. Romanları və publisistik yazıları ilə tanınır.
Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirib, sonra Qafqaz Universitetində "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsində oxuyub, lakin təhsilini yarımçıq qoyub. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və başqa dillərə çevrilərək nəşr edilib. "Ət və ət məhsulları" romanı ilə dünya ədəbiyyatına skelet-roman anlayışını gətirdiyi iddia olunur.
Digər romanları: “18.6 cm”, “Körpüsalanlar”, “Quqark”.
Publisistik fəaliyyətində "Reytinq", "Milli Yol", "Gündəlik Azərbaycan" kimi qəzetlərlə əməkdaşlıq edib. Regional layihələrdə iştirak edib, kulturoloji mövzularda mühazirələr oxuyub.
Publisistika sahəsində "Cənnətdə bazar günü" yazısına görə "Media Açarı" mükafatına layiq görülüb. Elmar Hüseynov Fondunun keçirdiyi müsabiqədə birinci yerin qalibi olub.
Əsərləri:
- "Qeyri-ənənəvi cinsi əlaqə", 2003
- "Sərçələr", 2003
- "Qətl günü", 2004
- "Ət və ət məhsulları", 2005
- "18.6 sm", 2007
- "Körpüsalanlar", 2008
- "Quqark", 2011
- "Mənim Mübarizəm", 2013 (məqalələr toplusu)
- "Ana Ürəyi", 2013
- "Mənim Mübarizəm-2", 2014 (məqalələr toplusu)
- "Həyatımın ən xoşbəxt günü", 2014
- "Kulisdə yazdıqlarım", 2015 (məqalələr toplusu)
- "Mənim Mübarizəm-3", 2015 (məqalələr toplusu)
- "Adsız itin qayıdışı", 2015
- "Mənim Mübarizəm-4", 2016 (məqalələr toplusu)
- "Fərqanə", 2016
- "Mənim Mübarizəm-5", 2018 (məqalələr, hekayələr və müsahibələr)
- "On doqquz hekayə", 2018
- "Ana Ürəyi", 2020
- "18.6", 2020
- "Mənim Mübarizəm-6", 2020 (məqalələr, hekayələr və müsahibələr)
- "Mənim Mübarizəm-7", 2020 (məqalələr, hekayələr və müsahibələr)
- "Mənasız hekayələr", 2022
🖤Tanımıram
🤍Tanıyıram, amma heç bir kitabını oxumamışam.
💛Kitabını oxuyub bəyənmişəm.
💜Oxumuşam, amma heç bəyənməmişəm.
💙Sevimli yazıçı-şairimdir.

🖤
❤️
🤍
👍
💛
⚰️
💕
💙
😍
🙏
77