
Mir.az kitab 🇦🇿
March 1, 2025 at 07:48 AM
Azərbaycan Yazıçılarında bu dəfə:
Qismət Rüstəmov – Şair, Tərcüməçi, Esseist
Qismət Elçin oğlu Rüstəmov 15 mart 1986-cı ildə Bakıda anadan olub. Erkən yaşlarından ədəbiyyata maraq göstərib və yaradıcılıq yolunu seçib.
Təhsil və Elmi Fəaliyyət
1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. Daha sonra Odlar Yurdu Universitetində "Jurnalistika" ixtisası üzrə bakalavr (2003–2007) və magistratura (2007–2009) təhsili alıb. 2018-ci ildən Azərbaycan Dillər Universitetində "Xarici ölkələr ədəbiyyatı" sahəsində elmi araşdırmalar aparır.
Yaradıcılıq və Pedaqoji Fəaliyyət
Şeir, esse və tərcümə sahəsində fəaliyyət göstərən Qismət Rüstəmov müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində dərs deyib.
Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat portalının baş redaktoru və Azərbaycan Dillər Universitetinin dissertantıdır. Ədəbiyyata verdiyi töhfələr və tərcüməçilik sahəsindəki uğurları ilə tanınır.
Səsverməmiz:
🖤Tanımıram
🤍Tanıyıram, amma heç bir kitabını oxumamışam.
💛Kitabını oxuyub bəyənmişəm.
💜Oxumuşam, amma heç bəyənməmişəm.
💙Sevimli yazıçı-şairimdir.

🖤
❤️
👍
🤍
✨
💕
💚
🙏
75