
Ramil Qubalı
February 28, 2025 at 07:30 PM
_*Ey səbirsiz xəstə!* Səbir et, bəlkə də şükür et. Sənin bu xəstəliyin, ömür dəqiqələrini bir saat ibadət hökmünə gətirə bilər. Çünki ibadət iki qismdir. Biri, müsbət ibadətdir ki, namaz, dua kimi bilinən ibadətlərdir. Digəri, mənfi ibadətlərdir ki, xəstəliklər, müsibətlər vasitəsilə müsibətə düçar olan insan; acizliyini, zəifliyini hiss edər. Mərhəmətli Yaradana sığınar, yalvarar. Səmimi, riyasız, mənəvi bir ibadətə nail olar. Bəli, xəstəliklə keçən bir ömür, Allahdan şikayət etməmək şərti ilə, mömin üçün ibadət sayıldığına etibarlı rəvayətlər vardır. Hətta bəzi səbr edən və şükür edən xəstələrin bir dəqiqəlik xəstəliyi, bir saat ibadət hökmünə keçdiyi və bəzi kamillərin bir dəqiqəsi bir gün ibadət hökmünə keçdiyi, etibarlı rəvayətlər və doğru kəşflərlə sabitdir. Sənin bir dəqiqə ömrünü, min dəqiqə hökmünə gətirib sənə uzun ömrü qazandıran xəstəlikdən şikayət yox, təşəkkür et._
*Said Nursi, "Xəstələr Risaləsi" (DİA, Ankara, 2022), s. 18-19.*