Ramil Qubalı WhatsApp Channel

Ramil Qubalı

55 subscribers

About Ramil Qubalı

۞ بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ۞ Rəhman və Rəhimli olan Allahın doxsan doqquz adı ilə. Bizləri yoxdan var edən, varlığından xəbərdar edən Uca Allaha sonsuz həmd və sənalar olsun. Rasulu və sevgilisi Hz. Muhammməd (s.a.v)-ə salət və səlam olsun. Uca Rəbbim bu yolda hər daim yar və yardımçımız olsun. Hər zaman haqqı söyləyə bilməyi bizlərə nəsib etsin. Uca Rəbbim, haqqı haqq bilim ona tabe olmağı, batili batil bilim ondan uzaq durmağı cümləmizə nəsib etsin. إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلْإِسْلَـٰمُ (Məalı) Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! {Ali İmran: 19}

Similar Channels

Swipe to see more

Posts

Ramil Qubalı
Ramil Qubalı
5/23/2025, 9:44:31 AM

*İmam Şafei, Fiqhi və Üsulu* فَضْلُ: شُرُوطُ تَكْبِيرَةِ الْإِحْرَامِ خَمْسَةَ عَشَرَ: أَنْ تَقَعَ حَالَةَ الْقِيَامِ فِي الْفَرْضِ، وَأَنْ تَكُونَ بِالْعَرَبِيَّةِ، وَأَنْ تَكُونَ بِلَفْظِ الْجَلَالَةِ وَبِلَفْظِ أَكْبَرُ، وَالتَّرْتِيبُ بَيْنَ اللَّفْظَيْنِ، وَأَنْ لَا يَمُدَّ هَمْزَةَ الْجَلَالَةِ وَعَدَمُ مَدِّ بَاءِ أَكْبَرُ ، وَأَنْ لَا يُشَدِّدَ الْبَاءَ وَأَنْ لَا يَزِيدَ وَاوًا سَاكِنَةً أَوْ مُتَحَرِّكَةً بَيْنَ الْكَلِمَتَيْنِ، وَأَنْ لَا يَزِيدَ وَاوًا قَبْلَ الْجَلَالَةِ، وَأَنْ لَا يَقِفَ بَيْنَ كَلِمَتَيِ التَّكْبِيرِ وَقْفَةً طَوِيلَةً وَلَا قَصِيرَةً، وَأَنْ يُسْمِعَ نَفْسَهُ جَمِيعَ حُرُوفِهَا، وَدُخُولُ الْوَقْتِ فِي الْمُؤَقَّتِ، وَإِمَامُهُ حَالَ الِاسْتِقْبَالِ، وَأَنْ لَا يُخِلَّ بِحَرْفٍ مِنْ حُرُوفِهَا، وَتَأْخِيرُ تَكْبِيرَةِ الْمَأْمُومِ عَنْ تَكْبِيرَةِ الْإِمَامِ. 28. Fəsl: Ehram Təkbirinin (namaza başlama təkbirinin) on beş şərti var: 1) Qiyam halında (ayaq üstə) olması, 2) Ərəb dilində olması, 3) "Cəlal" (Allah ləfzi) və "Əkbər" ləfzi ilə olması, 4) İki ləfz arasında tərtib: ("Allah" kəlməsi "Əkbər" kəlməsindən əvvəl gəlməlidir), 5) Cəlal ləfzinin həmzəsini uzatmamaq: ("Allah" sözünün əvvəlindəki "Əlif" (أ) hərfi uzadılmamalıdır (məsələn, "Aallahu" kimi deyilməlidir)), 6) "Əkbər"in "bə" hərfinin uzatılmaması: ("Əkbər" sözündəki "bə" (ب) hərfi uzadılmamalıdır (məsələn, "Əkbəər" kimi deyilməlidir)), 7) "Bə" hərfinin şiddətlənməməsi: ("Əkbər" sözündəki "bə" (ب) hərfi təşdidsiz, yəni ikiqat oxunmadan tələffüz edilməlidir), 8) İki kəlmə arasında sakin və ya hərəkəli vav hərfi artırmamaq: (Yəni, "Allahu Əkbər" arasında "və" (و) hərfi əlavə olunmamalıdır (məsələn, "Allahu Və Əkbər" kimi deyilməməlidir)), 9) Cəlal (Allah) ləfzindən əvvəl vav hərfi artırmamaq: (Yəni, "Allah" kəlməsindən əvvəl "və" (و) hərfi əlavə olunmamalıdır (məsələn, "Və Allahu Əkbər" kimi deyilməməlidir)), 10) Təkbirin iki kəlməsi arasında uzun və ya qısa fasilə verməmək: ("Allahu" deyib dayanıb sonra "Əkbər" demək olmaz, kəlmələr ardıcıl deyilməlidir), 11) Bütün hərflərini özünə eşitdirmək: (Ehram Təkbirini özü eşidəcəyi şəkildə tələffüz etmək vacibdir), 12) Müəyyən vaxtlı namazlarda vaxtın daxil olması: (Vaxtı müəyyən edilmiş namazlarda (məsələn, zöhr, əsr, məğrib, işa, sübh) Ehram Təkbirini vaxt daxil olmadan demək olmaz), 13) İmamın qibləyə tərəf olması: (Əgər camaatla namaz qılınırsa, imamın qibləyə tərəf dayanması Ehram Təkbirinin şərtlərindəndir), 14) Hərflərindən heç birini əskiltməmək, 15) Məmumun (camaatla qılanın) təkbirinin imamın təkbirindən sonra olması. Mənbə: Şeyx Salim ibn Səmir Həzrəmi əş-Şafei, "Səfinətu-n Nəcat", (Məktəbətu-s Siqafə nəşriyat).

Ramil Qubalı
Ramil Qubalı
5/23/2025, 6:15:59 AM

*Allahu Əkbər* "Əgər bir səhər oyandığınızda, özünüzü heç tanımadığınız sirli bir aləmdə, fəzanın heç tanımadığınız bir küncündə, heç tanış olmadığınız varlıqlar arasında tapsanız, heç nə olmamış kimi həyatınıza davam edə bilərdinizmi? Belə bir dünyaya əlimizdə olmadan gəldik. Ya da gətirildik. İllərdən bir il, günlərdən bir gün anidən gözümüzü burada açdıq. Və bu dünyanı qarşımızda tapdıq. Sonra, yenə ummadığımız və istəmədiyimiz bir anda, bu yuxular ölkəsini də geridə qoyacağıq. Bundan sonrakı gediş haraya? Bütün bunlar soruşmağa dəyməzmi? Yaxud bir soruşmaqla iş bitərmi?" Mənbə: Ümit Şimşek, "Eserden Esmaya Bir Fiil Yaratmak", (DİB Yayınları, Ankara 2012), s. 43-44.

Ramil Qubalı
Ramil Qubalı
5/26/2025, 5:28:22 AM

*Şafei Fiqhi* ٣٠: فَصْلُ: تَشْدِيدَاتُ الْفَاتِحَةِ أَرْبَعَ عَشْرَةَ: بِسْمِ اللَّهِ فَوْقَ اللَّامِ، الرَّحْمَنِ فَوْقَ الرَّاءِ، الرَّحِيمِ فَوْقَ الرَّاءِ، وَالْحَمْدُ لِلَّهِ فَوْقَ لَامِ الْجَلَالَةِ، رَبِّ الْعَالَمِينَ فَوْقَ الْبَاءِ، الرَّحْمَنِ فَوْقَ الرَّاءِ، الرَّحِيمِ فَوْقَ الرَّاءِ، مَالِكِ يَوْمِ الدِّينِ فَوْقَ الدَّالِ، إِيَّاكَ نَعْبُدُ فَوْقَ الْيَاءِ وَإِيَّاكَ نَسْتَعِينُ فَوْقَ الْيَاءِ، اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ فَوْقَ الصَّادِ ، صِرَاطَ الَّذِينَ فَوْقَ اللَّامِ، أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ، وَلَا الضَّالِّينَ فَوْقَ الضَّادِ وَاللَّامِ. 30. Fəsil: Fatihə surəsində on dörd şəddə (-li hərf) var: 1) Bismilləh (sözündə) - Allah ləfzinin lam hərfinin üzərində (لَّ). 2) Ər-Rahmən sözündə - ra hərfinin üzərində (الرَّ). 3) Ər-Rahim sözündə - ra hərfinin üzərində (الرَّ). 4) Əlhəmdulilləh sözündə - Allah ləfzinin lam hərfinin üzərində (لِلَّ). 5) Rabbil-aləmin sözündə - bə hərfinin üzərində (رَبِّ). 6) Ər-Rahmən sözündə - ra hərfinin üzərində (الرَّ). 7) Ər-Rahim sözündə - ra hərfinin üzərində (الرَّ). 8) Məliki yəvmiddin sözündə - dəl hərfinin üzərində (الدِّينِ). 9) İyyəkə nəbudu sözündə - yə hərfinin üzərində (إِيَّاكَ). 10) Və iyyəkə nəstəin sözündə - yə hərfinin üzərində (إِيَّاكَ). 11) İhdinəs-siratəl-mustəqim sözündə - sad hərfinin üzərində (الصِّرَاطَ). 12) Siratəlləzinə sözündə - lam hərfinin üzərində (الَّذِينَ). 13) Vələd-dallin sözündə - dad hərfinin üzərində (الضَّا). 14) Vələd-dallin sözündə - lam hərfinin üzərində (اللاَّ). Mənbə: Şeyx Salim ibn Səmir Həzrəmi əş-Şafei, "Səfinətu-n Nəcat", (Məktəbətu-s Siqafə nəşriyat).

Ramil Qubalı
Ramil Qubalı
5/24/2025, 6:57:03 AM

*Şafei Fiqhi* ٢٩. فَصْلُ: شُرُوطُ الْفَاتِحَةِ عَشَرَةُ: التَّرْتِيبُ، وَالْمُوَالَاةُ، وَمُرَاعَاةُ حُرُوفِهَا وَمُرَاعَاةُ تَشْدِيدَاتِهَا، وَأَنْ لَا يَسْكُتَ سَكْتَةً طَوِيلَةً وَلَا قَصِيرَةً يَقْصِدُ بِهَا قَطْعَ الْقِرَاءَةِ، وَقِرَاءَةُ كُلِّ آيَاتِهَا، وَمِنْهَا الْبَسْمَلَةُ وَعَدَمُ اللَّحْنِ الْمُخِلِّ بِالْمَعْنَى، وَأَنْ تَكُونَ حَالَةُ الْقِيَامِ فِي الْفَرْضِ، وَأَنْ يُسْمِعَ نَفْسَهُ الْقِرَاءَةَ، وَأَنْ لَا يَتَخَلَّلَهَا ذِكْرٌ أَجْنَبِيٌّ. 29. Fəsil: Fatihənin Şərtləri Ondur: 1) Tərtib (ardıcıllıq): (Yəni, ayələrin yerini dəyişmək olmaz), 2) Müvalat (ard-ardına oxumaq): (Bir ayə bitdikdən sonra dərhal digər ayəyə keçmək lazımdır), 3) Hərflərə riayət: (Bütün hərflər düzgün tələffüz edilməlidir), 4) Şəddələrə riayət: (Surədəki bütün şəddələr düzgün şəkildə oxunmalıdır), 5) Kəsmək niyyəti ilə oxunuşu saxlamaq: (Əgər qiraəti kəsmək niyyəti ilə fasilə verilərsə, Fatihənin oxunuşu səhih sayılmaz), 6) Bütün ayələri oxumaq: (Bəsmələ daxil), 7) Mənaya xələl gətirən səhvlər etməmək, 8) Fərz namazda ayaq üstə olmaq: (Fərz namazları qılarkən Fatihə surəsini ayaq üstə oxumaq şərtdir), 9) Qiraəti özünə eşitdirmək: (Fatihə surəsini oxuyarkən səsi özü eşidə biləcək səviyyədə çıxarmaq şərtdir), 10) Arasına yad bir zikr qatılmamaq: (Fatihə surəsi oxunarkən arasına namaza aid olmayan kəlmələr və ya zikrlər qatmaq olmaz). Mənbə: Şeyx Salim ibn Səmir Həzrəmi əş-Şafei, "Səfinətu-n Nəcat", (Məktəbətu-s Siqafə nəşriyat).

Ramil Qubalı
Ramil Qubalı
5/26/2025, 2:50:33 PM
Post image
Image
Ramil Qubalı
Ramil Qubalı
5/24/2025, 12:48:06 PM
Post image
Image
Ramil Qubalı
Ramil Qubalı
5/28/2025, 2:00:23 PM

https://youtube.com/@571burhan?si=-qMbFr5-gp48cvBc ⛔⛔⛔⛔⛔⛔⛔ *Salamunaleykum və rahmətullah. Əziz və dəyərli müsəlmanlar! Yuxarıda paylaşdığımız link youtube kanalımızın linkidir. Sizlərə daha xeyirli xidmətlər edə bilməyimiz üçün və Allah rizası üçün kanalımıza abunə olun, videoları bəyənib, şərh yazın.*

Ramil Qubalı
Ramil Qubalı
5/28/2025, 10:34:51 AM

*MƏZDƏKİYYƏ | Ə. RAMİL QUBALI* https://youtu.be/R7EuVWpas84?si=99WQpp4X9aGKklWB

Post image
Image
Ramil Qubalı
Ramil Qubalı
5/27/2025, 5:50:45 AM

*Şafei Fiqhi* فَصْلُ: يُسَنُّ رَفْعُ الْيَدَيْنِ فِي أَرْبَعَةِ مَوَاضِعَ: عِنْدَ تَكْبِيرَةِ الْإِحْرَامِ، وَعِنْدَ الرُّكُوعِ، وَعِنْدَ الِاعْتِدَالِ، وَعِنْدَ الْقِيَامِ مِنَ التَّشَهُّدِ الْأَوَّلِ. 31. Fəsil: Dörd yerdə əlləri qaldırmaq sünnədir: 1) Ehram Təkbiri: (Namazın Başlanğıc Təkbirində), 2) Rükuya Gedərkən: (Qiyamdan (ayaq üstə duruşdan) rükuya (əyilməyə) gedərkən), 3) Rükudan Qalxarkən (Etidalda): (Rükudan qalxıb tamamilə doğrularkən), 4) Birinci Təşəhhüddən (Oturaq vəziyyətdən) Ayağa Qalxarkən. Mənbə: Şeyx Salim ibn Səmir Həzrəmi əş-Şafei, "Səfinətu-n Nəcat", (Məktəbətu-s Siqafə nəşriyat).

Ramil Qubalı
Ramil Qubalı
5/22/2025, 8:18:02 AM

*İmam Şafei, Fiqhi və Üsulu* فَصْلُ: النِّيَّةُ ثَلَاثُ دَرَجَاتٍ: إِنْ كَانَتِ الصَّلَاةُ فَرْضًا وَجَبَ قَصْدُ الْفِعْلِ وَالتَّعْيِينِ وَالْفَرْضِيَّةِ، وَإِنْ كَانَتْ نَافِلَةٌ مُوَقَّتَةٌ كَرَاتِبَةٍ أَوْ ذَاتِ سَبَبٍ وَجَبَ قَصْدُ الْفِعْلِ وَالتَّعْيِينِ، وَإِنْ كَانَتْ نَافِلَةٌ مُطْلَقَةٌ وَجَبَ قَصْدُ الْفِعْلِ فَقَطْ، الْفِعْلُ أُصَلِّي، وَالتَّعْيِينُ ظُهْرًا أَوْ عَصْرًا ، وَالْفَرْضِيَّةُ فَرْضًا. 27. Fəsl: Niyyət Üç Dərəcədir 1) Əgər qılınan namaz fərz namazdırsa, bu zaman üç şey niyyət edilməlidir: a) Feli qəsd etmək: (Yəni, insan namaz qılmaq niyyətini ürəyindən deməlidir), b) Təyin etmək: (Yəni, namazın növünü bildirmək. Məsələn, zöhr namazı, əsr namazı və s. olduğunu qeyd etmək), c) Fərziyyəti bildirmək: (Yəni, qıldığı namazın fərz olduğunu niyyət etmək). 2) Əgər qılınan namaz müəyyən vaxtı olan (müvəqqəti) bir nafilə namazıdırsa, məsələn, ratibə (fərz namazlarından əvvəl və ya sonra qılınan sünnət namazları) və ya səbəbi olan (məsələn, təhiyyətül-məscid – məscidə daxil olarkən qılınan namaz) nafilə namazlarıdırsa, bu zaman iki şey niyyət edilməlidir: a) Feli qəsd etmək, b) Təyin etmək. 3) Əgər qılınan namaz mütləq (qeyd-şərtsiz) nafilə namazıdırsa, bu zaman yalnız bir şey niyyət edilməlidir: a) Feli qəsd etmək: (Yəni, xüsusi bir növünü və ya səbəbini təyin etməyə ehtiyac yoxdur, sadəcə namaz qılmaq niyyəti bəs edir). Mənbə: Şeyx Salim ibn Səmir Həzrəmi əş-Şafei, "Səfinətu-n Nəcat", (Məktəbətu-s Siqafə nəşriyat).

Link copied to clipboard!