BDU
BDU
February 3, 2025 at 05:02 AM
📌 “BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova “İlin gənci” seçilib ℹ️ Fevralın 2-də Gənclər və İdman Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sumqayıt - Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib. Mərasimdə Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova “İlin gənci” mükafatına layiq görülüb. 🔹️ Nərmin Heydərova həmçinin Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən də dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi fəallığa görə Fəxri Fərmanla təltif edilib. ✨️ Təşkilatın sədri Nərmin Heydərovanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq! 👏 ▪️ Qeyd edək ki, 5 ildir fəaliyyət göstərən “BDU könüllüləri” təşkilatı ətrafında birləşdirdiyi 1500 üzvü ilə Universitet, həm də ölkənin sosial-ictimai və mədəni həyatında xüsusi fəallığı ilə seçilir. #bdu #gənclərgünü #bakustateuniversity #bakıdövlətuniversiteti #elm #təhsil #tələbə #education #baku #azerbaijan
❤️ 👍 🙏 85

Comments