BDU WhatsApp Channel

BDU

16.2K subscribers

About BDU

Azərbaycan universitetlərinin flaqmanı - Bakı Dövlət Universiteti

Similar Channels

Swipe to see more

Posts

BDU
BDU
6/2/2025, 6:31:02 AM

📣BDU-nun Astrofizika kafedrası: “Bu gün maqnit qasırğası müşahidə olunur” İyunun 2-də səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub. Saat 9.00-dan sonra qasırğanın gücü 5, saat 12.00-dan sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı Yerə nisbətən təsirsiz ötüşür. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, yüksək coğrafi enliklərdə saat 12.00-dək maqnit qasırğasının gücünün 10 ballıq şkala ilə 6-7, günün sonu üçün 3-4, iyunun 3-ü saat 03.00-12.00 aralığında 5-6 bal olacağı gözlənilir. Orta coğrafi enliklərdə iyunun 2-də saat 15.00-dan sonra maqnit sahəsinin göstəriciləri fon səviyyəsində olacaq. Yaranan qasırğalar Günəşdə baş vermiş alışmaların STEREO və LASCO koronoqrafları ilə çəkilmiş şəkillərinə görə müəyyən olunub. Mayın 31-də baş vermiş tac kütlə atılması Yer yaxınlığından keçərək maqnit qasırğası yaradıb.

Post image
❤️ 😮 🙏 11
Image
BDU
BDU
6/2/2025, 4:43:58 AM

BDU “Round University Ranking” reytinqində 137 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyə yüksəlib Bakı Dövlət Universiteti (BDU) 2025-ci il üçün açıqlanan “Round University Ranking” (RUR) beynəlxalq reytinq cədvəlində 137 pillə irəliləyərək, Azərbaycanın ali təhsil müəssisələri arasında lider mövqeyə sahib olub. BDU bu nüfuzlu reytinqdə 825-ci mövqedə qərarlaşaraq, ötənilki 962-ci göstərici ilə müqayisədə ciddi irəliləyiş nümayiş etdirib. RUR reytinqi dünya üzrə ali təhsil müəssisələrinin fəaliyyətini 20 göstərici əsasında dörd strateji sahə – tədris (40%), tədqiqat (40%), beynəlxalq müxtəliflik (10%) və maliyyə dayanıqlığı (10%) üzrə qiymətləndirir.

Post image
❤️ 👍 😮 32
Image
BDU
BDU
6/2/2025, 12:50:15 PM

"Ötən həftə BDU-da..."

❤️ 👍 😮 7
Video
BDU
BDU
6/2/2025, 9:53:57 AM

📣BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir Müsabiqədə təhsil alan IV sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat prosesi 2025-ci il 05 iyun tarixindən 20 iyun tarixinədək davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elektron portal (http://qebul-lisey.bsu.edu.az/) vasitəsilə həyata keçirilir. Qəbul imtahanı 2025-ci il 02 iyul tarixində keçiriləcək. Qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla nəzərdə tutulub. Liseyə qəbul imtahanı yalnız bir mərhələdən, müddəti 2 (iki) saat təşkil edir. İmtahan aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır: - Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual; - Riyaziyyat – 25 sual; - Məntiq – 10 sual. Qəbul imtahanının keçiriləcəyi yer haqqında əlavə məlumat veriləcək. Əlaqə üçün: Telefon: (012) 510-74-54; (070) 313-37-20 Elektron-poçt: [email protected] / [email protected]

Post image
❤️ 👍 😢 🙏 12
Image
BDU
BDU
5/31/2025, 1:43:01 AM

📢.BDU-nun "Gənc istedadlar" liseyinin 3 şagirdi IX sinfin buraxılış imtahanlarında 300 bal toplayıb ℹ️ Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin 3 şagirdi IX sinfin buraxılış imtahanlarında möhtəşəm uğura imza atıb. Liseyin IX sinif şagirdləri ✨️ Fidan Yaqubəliyeva, ✨️ Zeynəb İsmayılova və ✨️ Turqut Hüseynli buraxılış imtahanlarında maksimal 300 bal toplayıb. 🎉 Şagirdlərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!👏👏👏 #BDU #GİL #GəncİstedadlarLiseyi #BakuStateUniversity #BakıDövlətUniversiteti #Elm #Təhsil #Tələbə #Education #Baku #Azerbaijan

Post image
❤️ 👍 19
Image
BDU
BDU
6/2/2025, 11:11:13 AM

#BDU #BDUMƏZUN2025 #MƏZUN2025 #BakuStateUniversity #BakıDövlətUniversiteti #Elm #Təhsil #Tələbə #Education #Baku #Azerbaijan

Post image
❤️ 👍 😂 81
Image
BDU
BDU
6/2/2025, 3:04:36 PM

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun ailəsi ziyarət olunub ℹ️ Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sosial elmlər və psixologiya fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Ataməli Musaoğlunun ailəsini ziyarət edib. 🔹️ Ziyarət zamanı THİK üzvləri BDU-nun şəhid məzununun ailə üzvləri, o cümlədən övladı ilə görüşüb, hədiyyə və gül dəstələri təqdim ediblər. ▪️ Qeyd edək ki, Ataməli Musaoğlu 2012-2016-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb. Psixoloq kimi fəaliyyət göstərən Ataməli Musaoğlu 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub və oktyabrın 16-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə yaralı dostunu xilas edərkən düşmən snayperinin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Post image
❤️ 😢 🙏 👍 52
Image
BDU
BDU
6/2/2025, 1:33:54 PM

📌 BDU-nun magistrantı Mançester Universitetinin doktorantura proqramına qəbul olunub ℹ️ Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin magistrantı, beynəlxalq ikili diplom proqramının iştirakçısı Edqar Şahbazov Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mançester Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin “Molekulyar biologiya” ixtisası üzrə doktorantura proqramına qəbul olunub. 🔹️ Edqar Şahbazov “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BDU ilə İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında “Biotexnologiya” ixtisaslaşması üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramının tələbəsidir.

Post image
👍 ❤️ 😮 19
Image
BDU
BDU
5/31/2025, 5:06:07 AM

🎵 "BDU könüllüləri” təşkilatının “KönüllüBand” musiqi klubunun konsert proqramı ℹ️ “BDU könüllüləri” təşkilatının yaradılmasının 6 illiyi münasibətilə təşkilatın “KönüllüBand” musiqi klubunun konsert proqramı təşkil olunub. 🎤 Proqramda könüllülərin ifasında “Alagözlüm”, “Sən yadıma düşəndə”, “Axşam”, “Sən gələndə” kimi musiqi nömrələri səsləndirilib. 🎶 Konsertin xüsusi qonağı isə Xalq artisti Niyaməddin Musayev olub. Tanınmış müğənni “Dünya sənin, dünya mənim”, “Axtarma məni” və “Kölgəm qədər” kimi sevilən mahnılarını ifa edib. #BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Elm #Təhsil #Tələbə #Education #Baku #Azerbaijan

Post image
❤️ 👍 😂 😮 🙏 27
Image
BDU
BDU
5/30/2025, 7:18:28 PM

📣Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub - VİDEO #BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Elm #Təhsil #Tələbə #Education #Baku #Azerbaijan

❤️ 👍 😢 😮 11
Video
Link copied to clipboard!