BDU
BDU
February 7, 2025 at 07:36 AM
📌 Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ilə görüşüb. 🔹️ Görüş zamanı tərəflər Azərbaycan və Avstriya arasında akademik və mədəni əlaqələrin inkişafı, elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri, eləcə də mədəni irsin təbliği istiqamətində birgə təşəbbüslər barədə müzakirə aparıblar. 🔸️ Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayaraq, Universitetin dünyanın aparıcı elm və təhsil müəssisələri ilə əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini qeyd edib. O, BDU-nun tələbə və müəllimlərinin beynəlxalq mübadilə proqramlarında iştirakının artırılmasının, habelə Universitetin nüfuzlu akademik şəbəkələrə daha sıx inteqrasiyasının əhəmiyyətini vurğulayıb. 🔗 Ətraflı: https://bit.ly/4gA96xE
❤️ 👍 14

Comments