BDU
BDU
February 11, 2025 at 07:30 AM
📌 BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq” ℹ️ Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, axşamdan Günəş batan kimi 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcək. Səmada görünmə ardıcıllığı qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Merkuri, Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür. 🔗 Ətraflı: https://bit.ly/3QcvyCl #bdu #bakustateuniversity #bakıdövlətuniversiteti #elm #təhsil #tələbə #education #baku #azerbaijan
❤️ 👍 9

Comments