
BDU
February 17, 2025 at 05:50 AM
📌 BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb
ℹ️ Bakı Dövlət Universiteti (BDU) daha bir beynəlxalq uğura imza ataraq, dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 5 ulduz (“excellent” - “mükəmməl”) ilə qiymətləndirilib.
✨️ BDU rəhbərliyi bu uğurun qazanılmasında əməyi olan bütün akademik və inzibati heyətə, tələbələrə və tərəfdaş qurumlara dərin minnətdarlığını bildirir. BDU bu uğurla kifayətlənməyərək, beynəlxalq akademik arenada daha böyük nailiyyətlərə imza atmaq əzmindədir!
✨️ BDU ölkədə “QS Stars” auditindən keçən digər ali təhsil müəssisələrinə də uğurlar arzulayır və onların da qlobal akademik mühitdə layiqli mövqeyə sahib olmalarını dəstəkləyir.
#bdu #qs #bakustateuniversity #bakıdövlətuniversiteti #elm #təhsil #tələbə #education #baku #azerbaijan
❤️
👍
😂
🙏
40