
BDU
February 18, 2025 at 05:39 PM
📌 BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib
ℹ️ Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Bakı Dövlət Universitetinin (BDU) məzunlarının məşğulluq vəziyyətinin təhlilinə dair hesabatı təqdim edilib.
🔹 BDU rektoru Elçin Babayev təhlil nəticələrini universitet məzunlarının əmək bazarına uğurla inteqrasiya olunmasına və tələbələrin gələcək karyera perspektivlərinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addım kimi dəyərləndirib. O bildirib ki, məzunlarının işə götürülmə göstəricilərinin analizi BDU üçün çox önəmlidir.
🔸 Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli bildirib ki, Universitet məzunlarının məşğulluq vəziyyətinin təhlil edilməsi üçün 47199 nəfər BDU tələbəsinin təhsil məlumatları, 23978 məzun məlumatları və 12500 nəfərin məşğulluğuna dair məlumatlarından istifadə edilib.
Ətraflı: https://bit.ly/41j1tY1
#bdu #bakustateuniversity #bakıdövlətuniversiteti #elm #təhsil #tələbə #education #baku #azerbaijan
❤️
😮
7