
BDU
February 27, 2025 at 01:33 PM
📌 BDU-nun Jurnalistika fakültəsinin tələbəsi “Xocalı həqiqətləri rəqəmsal sənətdə” adlı fotomüsabiqənin qalibi olub
ℹ️ Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar keçirilən “Xocalı həqiqətləri rəqəmsal sənətdə” mövzusunda fotomüsabiqə başa çatıb.
🔹️ Müsabiqənin məqsədi Xocalı faciəsinin dərin emosional təsirini sənət vasitəsilə ifadə etmək, tarixi həqiqətləri innovativ yolla yeni nəsillərə ötürmək və vizual sənətin gücü ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
🔸️ Münsiflər heyətinin qərarına əsasən, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin III kurs tələbəsi ✨️ Nahid Xəlilovun işi müsabiqədə I yerə layiq görülüb.
✨️✨️✨️ Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!
❤️
👍
😮
🙏
48