
BDU
February 27, 2025 at 04:06 PM
📌 BDU-nun üç tələbəsi “AzerGold”un tələbələr üçün elan etdiyi 4-cü təqaüd proqramının qalibi olub
ℹ️ Bakı Dövlət Universitetinin (BDU) 3 tələbəsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali və peşə təhsili müəssisələrinin tələbələri üçün elan edilən 4-cü təqaüd proqramının qalibi olub.
🔹️ Bunlar BDU-nun Geologiya fakültəsinin “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri Tural Murtuzov və Emin Zeynallı, Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekologiya” ixtisası üzrə IV kurs tələbəsi Günel Hacəliyevadır. Hər üç tələbə dövlət sifarişi əsasında təhsil alır.
❤️
👍
🙏
😂
64