
IDDA Alumni Community 🚀
February 26, 2025 at 08:24 AM
Bu il XX əsrin ən qəddar soyqırımı aktlarından biri olan *Xocalı faciəsinin 33-cü ildönümüdür.*
1992-ci il fevralın 26-da Xocalıda dinc sakinlərə qarşı törədilmiş bu amansız qətliam nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə qətlə yetirildi. Bu faciə, təkcə Azərbaycan tarixinin deyil, ümumiyyətlə, bəşəriyyətin qan yaddaşında dərin iz buraxan bir hadisədir.
Biz şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik.
Unutmayaq! Unutdurmayaq!
🥀
5