IDDA Alumni Community 🚀 WhatsApp Channel

IDDA Alumni Community 🚀

1.0K subscribers

About IDDA Alumni Community 🚀

Əziz məzun, Aramıza xoş gəlmisən! Kanalın missiyası nədir? 🔹 Məzunlar üçün təşkil edilən yeni layihələr, tədbirlər və fürsətlər haqqında ilk xəbər tutmaq üçün. 🔹 Digər məzunlarla şəbəkələşmə qurmaq və təcrübə mübadiləsi üçün. 🔹 Mentorluq proqramları, təlimlərdə iştirak, həmçinin internship və iş imkanları barədə məlumatlı olmaq üçün. Gəl birlikdə inkişaf edək! 🚀

Similar Channels

Swipe to see more

Posts

IDDA Alumni Community 🚀
IDDA Alumni Community 🚀
5/30/2025, 2:54:09 PM

Əziz məzunlar, möhtəşəm bir xəbərlə gəlmişik! 🤩 🚀 Agentliyimiz və Andersen Lab tərəfdaşlığı ilə həyata keçiriləcək “IT SkillsBridge” ödənişli təcrübə proqramına qeydiyyat başladı! Bu proqram İKT sahəsində bilik və bacarıqlarını peşəkar mühitdə təkmilləşdirmək istəyən gənclər üçün nəzərdə tutulub. 📍 *Layihə mərhələləri:* ▪️ 3 ay – Java, QA və Sistem Təhlili üzrə təkmilləşdirici təlimlər; ▪️ 6 ay – real layihə simulyasiyaları; ▪️ 3 ay – Andersen-də real təcrübə imkanı. 🔎*Proqramda kimlər iştirak edə bilər:* 📌 Universitet məzunu olmaq; 📌 Bakı şəhərində yaşayan; 📌 Şəxsi kompüterə və üst səviyyə ingilis dili bacarıqlarına sahib olan; 📌 Java, QA və Sistem Təhlili üzrə baza bilikləri olan namizədlər. 🔗*Qeydiyyat linki:* https://traineeship-program-idda-azerbaijan.andersenlab.com/ 🔹 Qeyd edək ki, təcrübə proqramı ərzində namizədlərə ödəniş ediləcək. 🔹Seçim zamanı Agentliyimizin təqaüd proqramı məzunlarına üstünlük veriləcəkdir.

Post image
❤️ 👍 4
Image
IDDA Alumni Community 🚀
IDDA Alumni Community 🚀
5/25/2025, 8:41:11 AM

🎓 Əziz məzunlar, 😍 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin növbəti görüşü proqramlaşdırma və mühəndislik ixtisasları üzrə tələbə və məzunları bir araya gətirir! ✅ Bu görüşdə rəqəmsal inkişaf, innovasiya, proqramlaşdırma və mühəndislik sahəsindəki trendlər haqqında dəyərli fikirlər paylaşılacaq, real təcrübələr müzakirə olunacaq. 💬 Yeni ideyalar, faydalı əlaqələr və motivasiya dolu anlar səni gözləyir! 📍 Bu fürsəti qaçırma – qeydiyyatdan keç və öz yerini indi ayır! 📌 Keçid: https://forms.gle/aey7fvwodHnRpEd88 Gəl, birgə öyrənək, paylaşaq və ilham alaq! 🚀

Post image
❤️ 5
Image
IDDA Alumni Community 🚀
IDDA Alumni Community 🚀
5/19/2025, 12:29:09 PM

💻 “İKT-də Qadınlar“ müsabiqəsinə qeydiyyat başladı! UNESCO-nun “İnformasiya hamı üçün” proqramı çərçivəsində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, RİİN və Agentliyimizin tərəfdaşlığı ilə “İKT-də Qadınlar” layihəsi çərçivəsində təşkil olunan “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi elan olunur. 󰠀 Müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını təşviq etmək, onların sosial təsir yaradan ideyalarını dəstəkləməkdir. 📌 İştirak şərtləri: ▪“Rəqəmsal sahibkarlıq” mövzusunda ideya təqdim olunmalıdır. ▪ Layihə cəmiyyətə real tətbiq oluna biləcək, sosial təsirli və unikal olmalıdır. ▪ İştirakçılar 30 may 2025-ci il tarixinə qədər qeydiyyat formasına PPT təqdimatı, layihənin qısa təsviri və 1 dəqiqəlik video çıxışı əlavə etməlidirlər. ▪ Final günü ideyalar 5 dəqiqəlik çıxışla münsiflər heyətinə təqdim olunacaq. 🏆 Qalibləri xüsusi mükafatlar gözləyir! Qeydiyyat linki: https://forms.gle/i3gSf6Eb3Fb88jFH9 Qoşulmağa tələsin!! ✅

Post image
👍 1
Image
IDDA Alumni Community 🚀
IDDA Alumni Community 🚀
5/17/2025, 7:52:36 AM

Salam, əziz məzunlar! 😊 Hər birinizi ICPC 2025 Dünya Finalının Host tərəfindən rəsmi səhifələrinə abunə olmağa dəvət edirik! Səhifədə hazırlıq prosesləri və maraqlı məlumatlar, həmçinin *yeni və çoox maraqlı layihələr* paylaşılacaq! İlk xəbərdar olmaq və qoşulmaq üçün mütləq bizi izləyin, sonra “gecikdim ☹️” deməyin.. 🤗 1) https://www.facebook.com/share/1AkrgiMigc/?mibextid=wwXIfr 2) https://www.instagram.com/icpc2025baku?igsh=MWo3aTR6dmw4YWVxbQ==

👍 1
IDDA Alumni Community 🚀
IDDA Alumni Community 🚀
5/11/2025, 2:55:45 PM

Rəqəmsal marketinq sahəsi sürətlə inkişaf edir və hər gün yeni trendlərlə qarşımıza çıxır. Bəs sabah bizləri nələr gözləyir? Hansı bacarıqları mənimsəməliyik? 🤔 Əgər bu suallara cavab tapmaq, gələcəyin rəqəmsal dünyasında necə irəliləyəcəyinizi öyrənmək istəyirsinizsə, "Rəqəmsalçılarla Açıq Mikrofon"-da bizimlə olun! 📅 Tarix: 16 may 2025 🕖 Saat: 19:00 (15 dəqiqə öncədən gəlməyiniz xahiş olunur.) 📍 Məkan: Azərbaycan İnnovasiya Mərkəzi 🎙️ Spiker: Sabir Camal – Kontakt-da Rəqəmsal Marketinq Şöbəsinin Rəhbəri 🔗 Qeydiyyat: https://forms.gle/E3ZPquvHrP5ZKY1w5 İstər bu sahəyə yeni addım atırsınız, istərsə də artıq təcrübəli bir rəqəmsalçısınız – bu görüş sizə ilham və faydalı məqamlar vəd edir.🦾 Yerlər məhduddur, qoşulmağa tələsin! 🚀

Post image
❤️ 👍 🙌 4
Image
IDDA Alumni Community 🚀
IDDA Alumni Community 🚀
2/26/2025, 8:23:42 AM
Image
IDDA Alumni Community 🚀
IDDA Alumni Community 🚀
2/20/2025, 9:39:17 AM

Dostlar, proqramlarımıza start verənə qədər gəlin bir-birimizi tanıyaq! ☺️ Hazırda nə ilə məşğulsunuz? 🤔

IDDA Alumni Community 🚀
IDDA Alumni Community 🚀
2/26/2025, 8:24:03 AM

Bu il XX əsrin ən qəddar soyqırımı aktlarından biri olan *Xocalı faciəsinin 33-cü ildönümüdür.* 1992-ci il fevralın 26-da Xocalıda dinc sakinlərə qarşı törədilmiş bu amansız qətliam nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə qətlə yetirildi. Bu faciə, təkcə Azərbaycan tarixinin deyil, ümumiyyətlə, bəşəriyyətin qan yaddaşında dərin iz buraxan bir hadisədir. Biz şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Unutmayaq! Unutdurmayaq!

🥀 5
IDDA Alumni Community 🚀
IDDA Alumni Community 🚀
2/21/2025, 6:30:08 AM

Aktivliyinizə görə təşəkkür edirik, dostlar! Artıq tanış olmaq vaxtıdır!! 😍 Bu günlərdə hava kəskin dəyişsə də, biz bir-birimizi tanımaq və yeni dostlar qazanmaq üçün hər zaman isti bir mühit yaratmağa hazırıq! 🌤️🥳 Sizi *Alumni Community-nin ilk şəbəkələşmə görüşünə dəvət* edirik. Gəlin, bir-birimizi daha yaxından tanıyaq, fərqli sahələrdən yeni dostlar qazanaq vəəə görüşün xüsusi qonağı ilə peşəkar müzakirələr aparaq. Qonağımızın kim olacağı və görüşün tarixi barədə Sizə tezliklə məlumat verəcəyik. 🤓 📢 O zamana qədər isə aşağıdakı sorğuda iştirakınız bizim *planlamamız üçün vacibdir.* ⬇️

👍 ❤️ ☃️ ❄️ 😍 12
IDDA Alumni Community 🚀
IDDA Alumni Community 🚀
2/28/2025, 12:14:53 PM

Dostlar, ICPC 2025-in finalında ölkəmizi təmsil edəcək komandalar məlum oldu!! 🎉😍 Gəlin, dəstək məqsədli like edək və commentlərimizi yazaq. ☺️ Çox sağ olun! 🫶🏼 1) https://www.facebook.com/share/p/15xukmbLq9/?mibextid=wwXIfr 2) https://www.instagram.com/p/DGnO7tvMJwW/?igsh=cmxuOHJpOHIxczNu

❤️ 💥 😍 3
Link copied to clipboard!