
MƏDRƏSƏ
February 6, 2025 at 10:56 AM
Texnologiya müsibətimiz
İslam dinində başqalarının görə və eşidə biləcəyi bir yerdə cinsi əlaqə (hər növü) qadağandır. Hədislərdə bu barədə uşaqlar xüsusi vurğulanıb. Əgər südəmər körpə belə cinsi əlaqəyə aid bir səsi eşidərsə, hətta yatmış körpənin yanında bu iş görülərsə, bu onun həyatında mənfi təsir qoyacaq. Mənfi təsirin yüngülü cinsi hormanların tez yetişməsi və uşağın 5-8 yaş arası cinsi yetkinliyə çatması və bunun da nəticəsində psixi və fizioloji problemlərlə üzləşməsidir.
Əlbəttə bu təkcə valideynlərin yataq otağına aid deyil. Həm də bu gün mübtəla olduğumuz müsibətə də aiddir. Televiziya kanalları, sosial şəbəkələr də bu barədə uşaqlarımıza ciddi zərbələr vurur.
İslam dini, xüsusi ilə də Əhli-Beyt (ə) imamları uşaqların yanında geyimə diqqət edilməsini, uşaq süddən ayrılandan sonra valideynin otağından çıxarılmasını və uşaqların bir-birindən ən geci 6 yaşda yataqlarını ayırmasını tövsiyə etdiyi bir halda, bu gün cəmiyyətimizdə hətta ümumi yerlərdə, metroda, parkda, bulvarda və s... yerlərdə uşaqlarımızı seksual səhnələrdən qoruya bilmirik. (Vəsailuş-Şiə, hədis: 25229 və 25223).
Peyğəmbər (s) bir hədisdə buyurur ki, qarğadan 3 şeyi öyrənin: "Gizlində cinsi əlaqəni, yemək dalınca səhər tezdən getməyi və təhlükə qarşısında ayıq-sayıqlığı". ("əl-Fəqih", hədis: 1394; "Vəsailuş-Şiə", hədis: 25227).
İmam Əli (ə) bir dəfə yolda gedərkən iki heyvanın cütləşməsi ilə rastlaşır, tez üzünü yana çevirir. İmamdan soruşurlar ki, niyə üzünü yana çevirdin, burda nə var ki? İmam (ə) buyurur: Belə olmaz. Heyvanları da insanların gedib-gəldikləri məkanlarda cütləşdirməyin, xəlvət yerə aparın. Bu iş münkərdir. Bu iş elə yerdə olmalıdır ki, heç bir kişi və qadın onu görməsin. (Vəsailuş-Şiə, hədis: 25226).
P.S: Sonuncu hədisi oxuyanda uşaqlar yadımdan çıxdı, daha böyük müsibətə düçar olduğumuz yadıma düşdü.
İmam Əli (ə) heyvanlardan üzünü çevirmişdi, bəs, İmam Mehdi (ə.f) heyvanlaşmış sürünün nəyinə zühur etsin!
Heyvanlara baxmaqdan həya edib üzünü yana çevirən imamın şiələri axşama qədər televiziya, sosial şəbəkələr, metro və parklarda bu səhnələrə tamaşa edirlərsə, bəzən hətta özlərinə mömin deyənlər iştirakçıya da çevirilirlərsə, ata-ana, qaynata-qaynana, gəlin-bəy, oğlan-qız televiziya qarşısında türk serillarını, tik-tokun və digər sosial şəbəkələrin yaramaz videolarını həvəslə izləyirlərsə, İmam (ə) bu cəmiyyətin harasına, nəyinə zühur etsin?!
@mirmehemmed_beshir
https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29
👍
😢
8