
MƏDRƏSƏ
174 subscribers
About MƏDRƏSƏ
Quran və Əhli-Beyt (ə) insanları zülmətdən nura çıxardan hidayət çırağıdır.
Similar Channels
Swipe to see more
Posts

Texnologiya müsibətimiz İslam dinində başqalarının görə və eşidə biləcəyi bir yerdə cinsi əlaqə (hər növü) qadağandır. Hədislərdə bu barədə uşaqlar xüsusi vurğulanıb. Əgər südəmər körpə belə cinsi əlaqəyə aid bir səsi eşidərsə, hətta yatmış körpənin yanında bu iş görülərsə, bu onun həyatında mənfi təsir qoyacaq. Mənfi təsirin yüngülü cinsi hormanların tez yetişməsi və uşağın 5-8 yaş arası cinsi yetkinliyə çatması və bunun da nəticəsində psixi və fizioloji problemlərlə üzləşməsidir. Əlbəttə bu təkcə valideynlərin yataq otağına aid deyil. Həm də bu gün mübtəla olduğumuz müsibətə də aiddir. Televiziya kanalları, sosial şəbəkələr də bu barədə uşaqlarımıza ciddi zərbələr vurur. İslam dini, xüsusi ilə də Əhli-Beyt (ə) imamları uşaqların yanında geyimə diqqət edilməsini, uşaq süddən ayrılandan sonra valideynin otağından çıxarılmasını və uşaqların bir-birindən ən geci 6 yaşda yataqlarını ayırmasını tövsiyə etdiyi bir halda, bu gün cəmiyyətimizdə hətta ümumi yerlərdə, metroda, parkda, bulvarda və s... yerlərdə uşaqlarımızı seksual səhnələrdən qoruya bilmirik. (Vəsailuş-Şiə, hədis: 25229 və 25223). Peyğəmbər (s) bir hədisdə buyurur ki, qarğadan 3 şeyi öyrənin: "Gizlində cinsi əlaqəni, yemək dalınca səhər tezdən getməyi və təhlükə qarşısında ayıq-sayıqlığı". ("əl-Fəqih", hədis: 1394; "Vəsailuş-Şiə", hədis: 25227). İmam Əli (ə) bir dəfə yolda gedərkən iki heyvanın cütləşməsi ilə rastlaşır, tez üzünü yana çevirir. İmamdan soruşurlar ki, niyə üzünü yana çevirdin, burda nə var ki? İmam (ə) buyurur: Belə olmaz. Heyvanları da insanların gedib-gəldikləri məkanlarda cütləşdirməyin, xəlvət yerə aparın. Bu iş münkərdir. Bu iş elə yerdə olmalıdır ki, heç bir kişi və qadın onu görməsin. (Vəsailuş-Şiə, hədis: 25226). P.S: Sonuncu hədisi oxuyanda uşaqlar yadımdan çıxdı, daha böyük müsibətə düçar olduğumuz yadıma düşdü. İmam Əli (ə) heyvanlardan üzünü çevirmişdi, bəs, İmam Mehdi (ə.f) heyvanlaşmış sürünün nəyinə zühur etsin! Heyvanlara baxmaqdan həya edib üzünü yana çevirən imamın şiələri axşama qədər televiziya, sosial şəbəkələr, metro və parklarda bu səhnələrə tamaşa edirlərsə, bəzən hətta özlərinə mömin deyənlər iştirakçıya da çevirilirlərsə, ata-ana, qaynata-qaynana, gəlin-bəy, oğlan-qız televiziya qarşısında türk serillarını, tik-tokun və digər sosial şəbəkələrin yaramaz videolarını həvəslə izləyirlərsə, İmam (ə) bu cəmiyyətin harasına, nəyinə zühur etsin?! @mirmehemmed_beshir https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

İslami qaydalara əsasən dəfn edilən Bəni-İsrail peyğəmbəri kimdir? Daniyal nəbi (ə) Yəhuda ibn Yəqub ibn İshaq ibn İbrahimin dördüncü nəvəsi hesab edilən Həzrət Daniyal nəbi "Bəni-İsrail" peyğəmbərlərindən biridir. Daniyal nəbi Beytul-Müqəddəsdə anadan olub. Adının mənası "Allah mənim hakimimdir" deməkdir. Həzrət Daniyal qədim İran şahları Böyük Kuroş və Böyük Daryuş zamanında yaşayıb. Onun adı Qurani-Kərimdə keçməsə də tarixi faktlar, Qurandan öncəki səvami kitablar və İslami hədislərdə keçib. Həzrət Daniyal yuxu təbiri və qəzavəti (məhkəmə hakimliyi) ilə məşhur olub. Qədimdə yazılan hər bir yuxu yozma kitabında onun adı keçib. İbri dilində olan müqəddəs kitablardan birinin adı "Daniyal kitabı"dır. Bu kitab Əhdi-Ətiqin 27-ci hissəsi sayılır və "məktublar" bölməsində yer almışdır. 12 fəsildən ibarət olan bu kitabı Həzrət Daniyal özü yazmışdır. Kitabın ilk yarısı (6 fəsl) Daniyal nəbinin həyatı və yuxu təbirlərini ehtiva edir. Kitabın ikinci yarısında Daniyal nəbinin öz yuxularından və həmin dövrün dövlətlərindən danışılır. Kitabın üçüncü yarısında (8-ci fəsildən 12-ci fəsilədək) axir-zamanda xilaskarın gəlişinə qədər baş verəcək hadisələr və müxtəlif hökumətlər barədə bəhs edilir. Həzrət Davud peyğəmbərin nəslindən olan bu peyğəmbər axir-zamanda İslam peyğəmbərinin məbus olacağı ilə bağlı da məlumat verib. Miladdan 655 il öncə Babil padşahı Nəbükadnessarın (Buxtun-Nəsər) Beytul-Müqəddəsə hücumu zamanı əsir düşən Daniyal nəbi yuxu yozma bacarığına görə Babil hakimiyyətinin saray əyanlarından birinə çevilir. Babil İran şahı Kuroş tərəfindən fəth edildikdən sonra bütün yəhudi əsirlər azad edilir. Daniyal nəbi isə Kuroşla İrana gəlir. Kuroşun saray alimləri və vəzirləri sırasında böyük hörmətə sahib olur. Kuroşun vəfatından sonra Daryuş hakimiyyəti ələ alır. Daniyal nəbi onun da sarayında öz məqamında qalır. Onun şaha daha çox yaxınlaşması və şahın digər vəzirlərə və saraya əyanlarına nisbətən daha çox Daniyal nəbiyə önəm verməsi saray əyanlarını və vəzirləri narahat etməyə başlayır. Daniyal nəbinin paxıllığını çəkən saray adamları onu şahın gözündən salmaq üçün plan hazırlayırlar. Onlar Şaha deyirlər ki, sənin imzaladığın fərmana əsasən, 30 gün heç kim səndən başqa kimdənsə nəsə istəməməlidir. Bu qanuna əsasən hamı bütün ehtiyaclarını səndən istəyir, Daniyal nəbi isə özünü ibadət etdiyi Allahdan başqa hər kəsdən ehtiyacsız hesab edir. Padşah məsələni eşidəndə işin nə yerdə olduğunu başa düşür və belə bir fərmanı imzaladığına görə peşiman olur. O, Daniyal nəbini nicat vermək üçün yollar axtarır. Amma madlar və parsların hakimiyyət qanunlarına əsasən padşahın imzaladığı fərman dəyişilməz idi. Buna görə də Daniyal nəbini "şirlər quyusu"na atırlar. Daniyal nəbi quyuya atılmağa aparılarkən padşah deyir: "Sənin ibadət etdiyin Allahdan istəyirəm ki, səni xilas etsin". Daniyal nəbi quyuya atılan gecə İran şahı narahatlığından yemək yemədi, yatmadı və sübhədək oyaq qaldı. Səhər açılan kimi Daniyal nəbinin atıldığı quyunun başına gələrək qəmli səslə dedi: "Ey Allahın xidmətkarı! İbadət etdiyin Allah səni şirlərdən xilas etdimi?" Quyudan Daniyal nəbinin səsi eşidildi: Padşahın ömürü daimi olsun! Bəli, Mənim Allahım öz mələyini göndərdi və məni xilas etdi. Çünki Allahın hüzurunda mənim təqsirim yoxdur və sənə qarşı da xəta etməmişdim". Bunu eşidən padşah çox sevindi. Əmr verdi ki, Daniyal nəbini quyudan çıxartsınlar. Sonra əmr etdi ki, Daniyala hiylə quranları quyuya atsınlar. Daha sonra İran şahı hakimiyyəti altında olan bütün şəhərlərə məktub yazaraq hamıdan Daniyal nəbinin təbliğ etdiyi dinə və Allaha inanmağı tələb etdi: "Əmr edirəm ki, mənim məmləkətimin hər yerində Daniyalın Allahına ibadət edilsin, ona ehtiram olunsun! Çünki o diri və əbədidir, onun qüdrəti sonsuzdur, nicat verən odur, bağışlayan da odur, yerdə və göydə möcüzələr yaradan da odur". Məşhur tarixə əsasən Daniyal nəbinin məzarı hazırda İranın Şuş şəhərində yerləşir. Bəziləri isə onun qəbrinin Misr, İraq və ya Türkiyədə olduğunu da deyiblər. Bir nəqlə görə də Teymurləng Daniyal nəbinin qəbrini İrandan Səmərqəndə daşıtdırıb. Daniyal nəbinin dəfni macərası İranın fəthi müharibələrində Hormozan savaşından qayıdan Ərəb Xilafəti Ordusunun komandiri Əbu Musa Əşəri hazırda İranın Xuzistan əyalətinin iki yaxın şəhəri olan Şuş və Şuştər ərazisindən keçərkən onların mumyalanmış bir cəsəd qarşısında dua etdiklərini görür. Yerli əhali ona deyirlər ki, bu Daniyal nəbinin cəsədidir. Bizim yağış problemimiz olanda türbədə tabutda saxlanılan bu cəsədi türbədən açıq səmaya çıxardır və dua edirik. Allah-Taala yağış yağdırır. Biz ona türbəyə qaytaran kimi yağış dayanır. Əbu Musa Əşəri bu barədə ikinci xəlifə Ömər bin Xəttaba yazır. Ömər isə bu barədə İmam Əli (ə) ilə məsləhətləşir. İmam Əli (ə) buyurur: O, qardaşım Daniyal nəbinin cəsədidir. Ona qüsl verin, kəfən edin, namaz qılın və üzü Kəbəyə dəfn edin. Sonra isə çayın suyunu onun dəfn edildiyi türbənin üzərinə döndərin ki, yaramaz adamlar qəbiri qarət etməsinlər". Həmin zamandan Həzrət Daniyal nəbinin məzarı Xuzistan əyalətinin Şuş şəhərində ziyarətgahdır. Daniyal nəbi İslam Peyğəmbərindən (s) sonra İslami qaydalar əsasında və üzü Kəbəyə dəfn edilmiş yeganə peyğəmbərdir. @mirmehemmed_beshir

"Hüseyn məndən və mən də Hüseyndənəm. Hər kəs Hüseyni sevsə, Allah da onu sevər. Hüseyn "sibt"lərdən bir "sibt"dir." «حُسَيْنٌ مِنِّي وَ أَنَا مِنْ حُسَيْنٍ، أَحَبَّ اللَّهُ مَنْ أَحَبَّ حُسَيْنًا، حُسَيْنٌ سِبْطٌ مِنْ الْأَسْبَاطِ». Həzrət Məhəmməd (s) ➡️Termizi (vf.279 hq), "əl-Cameus-Səhih", c.5, s.473, bab:31, hədis:3775. ➡️Digər əhli-sünnə hədis mənbələrindən İbn Macə ("əs-Sünən", hədis:144) və Əhməd ibn Hənbəl də ("əl-Müsnəd", hədis 17795) bu hədisi nəql ediblər. ✅Əhli-sünnə hədis qaynaqları və vəhabi hədisşünası Albani bu hədisi səhih hesab edirlər. 🔰Sibt o nəvəyə deyilir ki, babanın məqamının məsuliyyətini daşıyır və canişindir. https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində yazır: İmam Həsən (ə) buyurur: Sualın gözəlliyi (doğru qoyulması və aydın ifadə ilə bəyan edilməsi) elmin yarısı, insanlarla müdara etməyi, keçinməyi bacarmaq ağılın yarısı və dolanışıqda orta yolu tutmaq və qənaət etmək gəlirin və qazancın yarısıdır. حسن السؤال نصف العلم و مداراة الناس نصف العقل و القصد في المعيشة نصف المئونة İbn Əbil-Hədid, Nəhcül-bəlağə, c.18, s.108. https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

"Hər kəs insanların qəzəbini almaq bahasına olsa da Allahın razılığını qazanmağa çalışarsa, Allah ona kifayət edər. Hər kəs Allahı qəzəbləndirmək bahasına insanların razılığını qazanmağa çalışarsa, Allah onun işlərini insanların öhədisnə buraxar. فَإنَّ مَنْ طَلَبَ رِضَا اللهِ بِسَخَطِ النَّاسِ كَفَاهُ اللَهُ أُمُورَ النَّاسِ؛ وَمَنْ طَلَبَ رِضَا النَّاسِ بِسَخَطِ اللَهِ وَكَلَهُ اللَهُ إلَي النَّاسِ İmam Hüseyn (ə) Əllamə Məclisi, "Biharul-Ənvar", c.17, s.208, hədis:71. https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

İmam Hüseynin (ə) məzarını özünüzə “vətən” etməyin Bir sıra mötəbər hədis ədəbiyyatında aşağıdakı məzmunda bir hədis var ki, bu hədisin son ifadəsi hədisi oxuyan və ya eşidənləri təəccübləndirir. Həzrət İmam Cəfər Sadiqə (ə) nisbət verilən bu hədisdə buyurulur: عَنْ عَلِيِّ بْنِ الْحَكَمِ عَنْ بَعْضِ أَصْحَابِنَا عَنْ أَبِي عَبْدِ اللَّهِ (علیه السلام)، قَالَ: «إِذَا أَرَدْتَ زِيَارَةَ الْحُسَيْنِ (علیه السلام) فَزُرْهُ وَ أَنْتَ (كَئِيبٌ) حَزِينٌ مَكْرُوبٌ شَعِثٌ مُغْبَرٌّ جَائِعٌ عَطْشَانُ. (فَإِنَّ الْحُسَيْنَ - علیه السلام - قُتِلَ حَزِيناً مَكْرُوباً شَعِثاً مُغْبَرّاً جَائِعاً عَطْشَاناً). وَ سَلْهُ (اسْأَلْهُ) الْحَوَائِجَ وَ انْصَرِفْ عَنْهُ وَ لَا تَتَّخِذْهُ وَطَناً». “İmam Hüseyni (ə) ziyarət etmək istədikdə sınıq qəlbli, hüznlü, kədərli, saçları pərişan, (üst-başın ziyarət yolunda bulaşdığın) toz-torpaqlı, ac və suzuz ol. Çünki həqiqətən də İmam Hüseyn (ə) ürəyi (ümmətin vəfasızlığından) sınıq, hüznlü, kədərli, saçları pərişan, üst-başı (şəhidlərin başı üzərində dizləri üstü yerə oturmaqdan, torpaq və qana bulaşmış cənazələri dizləri üzərinə alıb qucaqlamaqdan) toz-topağa bulaşmış, ac və susuz şəhid edildi. Ziyarəti bitirdikdən O həzrətin şəfaəti və vasitəsiylə hacətlərini (Allah-Taaladan) istə və oradan qayıt, oranı özünə vətən və qalacaq yeri qərar vermə”. Hədisin son ifadəsi, yəni “oranı özünə vətən və qalacaq yeri qərar vermə” hissəsi bəzi möminlər üçün sual doğurub ki, nə üçün “oranı” vətən qərar vermək olmaz? Bu sualı hədis şərhçiləri belə cavablandırıblar: 1). Hədisdə “oranı özünə qərar vermə” ifadəsindən məqsəd “ziyarətgah”ın özü və əhatə etdiyi “hair” adlanan ərazidir. Bu məsələ bütün Kərbəla şəhərinə aid edilmir. Çünki Kərbəla ərazisində yaşamağın, hərəmə qonşu olmağın və bu müqəddəs məkanda ibadət etməyin savab və fəzilətli olması barədə çoxlu hədislər mövcuddur. 2). Ziyarətgahın və əhatə etdiyin ərazinin daimi yaşayış yerinə çevirilməsi istəmədən də olsa, müqəddəs hərəmə hörmətsizliklə nəticələnə bilər. Elə bu səbəbdəndir ki, Kəbə və yaxın ətrafında daimi məskunlaşmağa hədislərdə icazə verilməyib. 3). Əksər insanlarda namazda olduğu kimi, digər dini ayinlərdə də mənəvi hal az olur. Məsələn, ziyarətin ilk saatlarında hərəmin günbəz və minarələri uzaqdan göründükdə qəlb sınır, gözlərdən yaş yanaqlara süzülür, sınıq qəlb və xüsusi mənəvi halla hərəmə daxil olursan, zərihi ziyarət edirsən, bacardığın qədər dua edir və namaz qılırsan. Sonra isə insanın diqqətini müqəddəs hərəmin gözəlliyi özünə çəkir. Bu cazibədarlıq sənə hərəmin müxtəlif səhn və eyvanlarını gəzdirir. Bir də görürsən ki, gəzə-gəzə gedib çıxıbsan bazara. Bu kimi hallar çox baş verdikdə ziyarət öz mənəvi ab-havasını itirir, adiləşir. Bu da öz növbəsində insanda sonrakı ziyarət eşqini azaldır. 4). İnsan ziyarətin əvvəlində özünü İmamın (ə) hüzurunda hiss edir. Bir az çox qaldıqda isə yavaş-yavaş bu hüzur hissini itirir və başı dünya söhbətlərinə və maddi xəyal və fikirlərə qarışır. Belə bir vəziyyətdə və mənəvi halsızlıqda İmamın (ə) hüzurunda çox qalmaq ədəbsizlik sayılır. 5). İmamın (ə) hüzurunda ola-ola dünya həvəslərinə qapılmaq, bazarları və muzeyləri gəzmək, hərəmin cazibədarlıqlarını seyr etmək, insanı həm mənəvi haldan çıxarar, həm ziyarəti adiləşdirər və hətta Kərbəla faciəsinin əzəmətini də insanın gözündə sadə bir hadisə həddinə sala bilər. Bu isə insanın qəlbinin qəsavət bağlaması və ölməsinə səbəb ola bilər. 6). Bəzi hədislərdə deyilir ki, hərəmlərin ziyarətinə gedəndə özünüzü istirahət səfərinə çıxmış kimi aparmayın, süfrələrinizi rənarəng etməyin, qonaqlıq məclislərinə oxşar yeyib-içmək süfrəsi açmayın. Öz valideynlərinizin qəbrinin ziyarətinə gedəndə necə gedərdinizsə, hərəmlərin ziyarətinə gedəndə də özünüzü elə aparın. 7). Ola bilər ki, sözügedən ifadə o zamanın siyasi şəraiti nəzərə alınaraq, şiələri Əhli-Beyt (ə) düşmənlərindən (osmanilər və abbasilərdən) qorumaq üçün “təqiyyə” məqsədi ilə deyilib ki, həmin dövrdə zalim hakimiyyət və Əhli-Beyt (ə) düşmənləri tərəfindən təqib edilən şiələr hamısı bir yerə toplaşıb asan şəkildə düşmənin hədəfinə çevirilməsinlər. *Nəticə:* Hədisdəki “ziyarətgahı özünə vətən etmə” ifadəsi vacib bir hökmü çatdırmır. Sadəcə o dövr üçün siyasi baxımdan önləyici tədbir ola bilərdi və həm də möminlərdə ziyarət üçün mənəvi ab-havanın qorunması üçün tövsiyə edilib. Hətta bəzi hədislərdə bu kimi müqəddəs yerlərdə yaşayanlara tövsiyə edilib ki, heç olmazsa, ildə bir dəfə yaşadıqları məkanı tərk etsinlər. Çünki bu, onlarda yenidən ziyarət üçün mənəvi hal yaradacaq, darıxacaqlar, qəlbləri sınacaq və mənəvi hüzurla hərəmə daxil olacaqlar. Belə düşünürəm ki, həm hədisin sözgedən hissəsini və həm də bizim bu naqis izahımızı ziyarətdə bir gündən artıq qalmış hər bir kəs çox gözəl şəkildə dərk edə bildi. Şeyx Kuleyni, “əl-Kafi”, c.4, s.587, hədis: 2. İbn Quləvəyh, “Kamiluz-ziyarat”, s.131, hədis:3. Şeyx Səduq, “Səvabul-əəmal”, s.88. Şeyx Müfid, “əl-Məzar”, s.96. Şeyx Tusi, “Təhzibul-əhkam”, c.6, s.78, hədis:20. Hürr Amuli, “Vəsailuş-şiə”, c.14, s.540, hədis: 2-19778. Əllamə Məclisi, “Miratul-uqul”, c.18, s.316. Əllamə Məclisi, “Biharul-ənvar”, c.98, s.115, hədis: 40. @mirmehemmed_beshir https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

"Yaxşıların ən böyük müsibəti pislərlə və şər adamlarla müdara etməyə (yumuşaq keçinməyə) məcbur olmalarıdır" من أعظم مصائب الأخيار ، حاجتهم إلى مداراة الأشرار (Ğürərul-Hikəm, hədis: 10075). Bu sözü haqqı qəsb olunmuş, ailəsinə zülm edilmiş və zalim hakimə zorla beyəti alınan İmam Əli (ə) buyurur. Mövla üçün müsibətlərin ən böyüyü bu olub, bəlkə də. https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

İmam Cəfər Sadiq (ə) buyurdu: “Qəbirdə meyyitə namaz, oruc, həcc, sədəqə, dua və digər yaxşı əməllərin savabı çatır və bu əməllərin savabı həm əməlləri edənə və həm də meyyit üçün yazılır”. تَدْخُلُ عَلَى الْمَيِّتِ فِي قَبْرِهِ الصَّلَاةُ وَ الصَّوْمُ- وَ الْحَجُّ وَ الصَّدَقَةُ وَ الدُّعَاءُ وَ الْبِرُّ وَ يُكْتَبُ أَجْرُهُ لِلَّذِي يَفْعَلُهُ وَ لِلْمَيِّتِ İbn Fəhd Hilli, “Üddətud-Dai”, s.146. https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

“Hər kəsi əcəlinin gecikməsi və ruzinin artması şad edirsə, qohumlarını yoxlasın – (sileyi-rəhim etsin)” مَنْ سَرَّهُ أَنْ يُنْسَأَ فِي أَجَلِهِ وَ يُزَادَ فِي رِزْقِهِ فَلْيَصِلْ رَحِمَهُ İmam Hüseyn (ə) Şeyx Səduq, “Uyunu Əxbarir-Rza (ə)”, c.2, ü.44, bab:31, hədis:157. https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Belə bir hədis yoxdur "İnsaları tanıdıqca tək qaldım" və ya "İnsanları tanıdıqca tənhalaşıram" Sözləri, mahiyyəti, məzmunu və mənası dəyişdirilərək bəziləri tərəfindən kimlərisə qınamaq və tənqid və bəzən də təhqir etmək, onların sözü ilə desək "vurmaq" üçün paylaşılan və İmam Əliyə (ə) nibsət verilən hədisin orjinalı belədir: من عرف النّاس تفرّد "Hər kəs insanları tanısa, tənhalığı (cəmiyyətdən uzaq yaşamağı) seçər". (Ağa Camal Xansarinin "Ğurərul-Hikəm"ə şərhi, c.5, s.173, hədis: 7832; Leysi, "Uyunul-Hikəm", s.452, hədis:8104 və Amudi, "Ğurərul-Hikəm", s.319, hədis: 189.) Bu hədisin hansısa uzun bir mətndən çıxarılmasını dəqiq bilməsək də, hədisin "Uyunul-Hikəmdə" belə bir siyaqda (kontekst) yer aldığını görürük: "Hər kəs Allahı tanısa, təkliyi seçər. Hər kəs nəfsini tanısa, özünü təcrid edər. Hər kəs dünyasını tanısa, zahid olar. Hər kəs insanları tanısa, tənhalığı seçər". مَنْ عَرَفَ اللَّهَ تَوَحَّدَ. - مَنْ عَرَفَ نَفْسَهُ تَجَرَّدَ. - مَنْ عَرَفَ الدُّنْيَا تَزَهَّدَ. - مَنْ عَرَفَ النَّاسَ تَفَرَّدَ. Bu kontekstlə hədisə yanaşsaq görərik ki, hədis insanı cəmiyyətə qarışmaqdan çəkindirmir, sadəcə cəmiyyətdə ikən insanı dünyaya, dünyəvi və nəfsani istəklərə bağlayan şeylərdən qopmağa və Allahla olmağa çağırır. Yəni insan yaşadıqca və təcrübə qazandıqca başa düşür ki, bütün insanlar tək bir varlığa möhtacdırlar, o da Allahdır. Buna görə insanlara olan ehtiyac bağını qırır və Allaha bağlanmağa çalışır. Onun cəmiyyətdə cəmiyyətlə olması da əslində Allah ilə olduğu üçündür. Belə bir insan ən izdihamlı yerdə belə özünü təkcə Allahın hüzurunda görür. Ətrafındakılar ya onunla birlikdə İlahi nura qovuşub vəhdət təşkil ediblər, ya da dünyaya başları qarışıb və o təkdir. Belə bir ikinci izah da vermək olar ki, istənilən insan müəyyən bir cəmiyyətdə yaşayır, insanlarla daimi ünsiyyətdə olur və onlarla müxtəlif əlaqələr qurduqdan sonra görür ki, insanların çoxu ilə əlaqə qurmaq, iş görmək, dost olmaq, səmimiləşmək və sair elə də faydalı deyil, hətta bir çox hallarda dünya və axirət üçün ciddi zərərləri də var. Təbiidir ki, bunu dərk edən insan mənəviyyatına zərərli insanlardan uzaqlaşır, dünya və axirəti üçün faydalı insanlarla ünsiyyət qurmağa çalışır və belə insanları tapmırsa, təkliyi tərcih edir. Bundan əlavə "sağlamlıq təklikdədir", "dinin sağlamlığı insanlardan uzaq olmaqdadır", "insanlarla az üsniyyətdə olmaq insanın dinini sağlam saxlayır və onu pis insanların şərrindən qoruyur", "insanlarla çox qaynayıb-qarışmaq fitnədir", "insanlardan uzaq qalan onların şərrindən salamat qalar" və sair məzmunlarda da hədislər var. Təbii ki bu hədislərdəki "tək yaşamaq" tövsiyəsi başqaları ilə ifrat ünsiyyət quranlara və gərəksiz insanlarla otur-dur edənlərə, gecəni dostlarla keçirib ailə-uşağının yanında gecəyarısı gedənlərə, həmçinin bu kimi ünsiyyətlərin insanın dini və mənəviyyatı üçün zərərli olduğu məqamlara aiddir. Bunu da qeyd edim ki, bu kimi hədislər daha çox 6-cı hicri-qəməri əsrində yaşamış Əbul-Həsən Əli ibn Əbi Nəzal Leysi Vasitinin "Uyunul-Hikəm vəl-Məvaiz" (10 min civarında kiçik həcimli hədislər) və Əbül-Vahid ibn Məhəmməd Təmimi Amudi Diyarbəkrinin (vəfat. 550 hq) "Ğurərul-Hikəm və Durərul-Kəlim" (11 min civarında kiçik həcimli hədislər) kitabında yer almışdır ki, müəlliflərin səliqəsinə uyğun olaraq sənədsiz nəql edilmişdir. Müəlliflərin fikrincə bu kəlamlar adi insan kəlamının fövqündə olduğu üçün və yaşadıqları dövrdə həmin hədislərin İmam Əlinin (ə) adı ilə məşhur olması səbəbi ilə sənəd zikr etməyi lazım bilməyiblər. Həmin hədislərin kiçik həcmli və dərin mənalı olması sosial şəbəkə istifadəçiləri tərəfindən həvəslə paylaşılmasına səbəb olur. Amma bu paylaşımlar zamanı hədisin əsrlər boyu nəql zamanı başına gələn müsibət yenə də özünü göstərir. Belə ki, hər kəs hədisi öz dərkinə uyğun, öz sözü və dilinə yatımlı olan və bəzən də şüurlu şəkildə öz hədəf və məqsədinə "sərf edən" cümlə tərkibi ilə paylaşır (məna nəqli) və beləliklə müxtəlif statuslarda müxtəlif formalara düşən hədis öz həqiqi məna və məfhumunu itirir. Buna görə də hədisləri orjinal mənbə və qaynaqdan almaq və olduğu kimi paylaşmaq lazımdır. Əziz xətiblərimiz də xütbələrində diqqətli olmalı və məsumların (ə) sözlərini öz cümlə tərkibləri ilə deyil, hədisin orjinalında olduğu kimi nəql etməli, əks halda isə hədisin orjinalını deyil, öz başa düşdüyü məzmunu nəql etdiyini dinləyiciyə bildirməlidir. Mirməhəmməd Bəşir https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29