MƏDRƏSƏ
MƏDRƏSƏ
February 13, 2025 at 12:13 PM
Şəban ayında oruc tutan şəfaət ediləcək شَعْبَانُ شَهْرِي وَ شَهْرُ رَمَضَانَ شَهْرُ اللَّهِ، فَمَنْ صَامَ يَوْماً مِنْ شَهْرِي كُنْتُ شَفِيعَهُ يَوْمَ الْقِيَامَةِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ شَهْرِي غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَ مَا تَأَخَّرَ وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ شَهْرِي قِيلَ لَهُ اسْتَأْنِفِ الْعَمَلَ İmam Cəfər Sadiq (ə) babaları vasitəsi ilə Həzrət Peyğəmbərdən (s) belə nəql edir: Şəban mənim ayım, Ramazan ayı Allahın ayıdır. Hər kəs mənim ayımda bir gün oruc tutarsa, Qiyamət günü onun şəfaətçisi olaram. Və hər kəs mənim ayımda iki gün oruc tutarsa, Allah-Taala onun keçmiş və gələcək günahlarını bağışlayar. Və hər kəs mənim ayımda üç gün oruc tutarsa, ona deyilər ki, əməlini yenidən başla. - (yəni sanki bu gün anadan olmuş isnan kimi günahlardan yuyulmusan, belə isə günahsız yeni bir həyata başla.) Şeyx Səduq, "Üç ayın fəziləti", hədis.20. https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29

Comments