MƏDRƏSƏ
MƏDRƏSƏ
February 14, 2025 at 07:52 AM
Qurani-Kərim: "Allah yolunda xərclədiyiz hər şey (vədə olunduğu savab və mükafatı ilə dünya və axirətdə) sizə qaytarılacaq". Ənfal surəsi, ayə:60. P.S: Həm hədislərin və həm də bütün irfan və əxlaq ustadlarının tövsiyəsi budur ki, günü "sədəqə" ilə başlayın. Hər gün səhər ilk işiniz sədəqə olarsa, bu, həyatınızdakı bir çox düyünləri açacaq, İnşaallah. 📚 SƏDƏQƏ Allah yolunda imkansızlara edilən köməkdir. Mənası hər gün dilənçiyə verilən xırda pul deyil. Əlbəttə dilənən dilənçini də bir şey verməsən də ən azı xoş sözlə yola salmaq lazımdır. Amma verdiyin sədəqəni daha faydalı xərcləmək üçün hər gün səhər ayırdığın sədəqəni evdə saxla və dilənçiyə vermə. Sədəqə az da olsa eybi yoxdur. Bir ay toplasan ayın axırında hansısa imkansızın uşağına bir-iki məktəb ləvazimatı alıb verməyin miqdarında olur. Məsələn mən imkanlı deyiləm. Amma hər gün 20 qəpik sədəqə ayırmağa gücüm çatır. Buna görə də hər Sübh namazını qılan kimi həmin 20 qəpiyi bu iş üçün ayırdığım şüşə bankaya atıram. Ayın başında isə bankada 6 manat olur. Həmin pulu tanıdığım imkansız dostlardan birinə hədiyyə adı ilə verirəm ki, şəxsiyyəti sınmasın. Beləliklə həm hər gün sədəqə verirəm və həm də faydalı yerə xərcləyirəm, küçə-bazarda tanımadığım dilənçiyə vermirəm. Əgər bu işi bir-neçə qonşu birləşib bir yerdə edərlərsə, yəni qərarlaşıb ayın başında həmin altı manatları bir yerə toplasalar 5 qonşunun pulu 30 manat edir. Bu zaman 30 manata tanıdığınız bir kasıba bir kisə un, ya ərzaq və ya dərman pulunu kömək edə bilərsiniz. Sədəqənin az olması sizi qorxutmasın. Şeytan sizi "əşşi mənim 10 qəpiyim ilə nə olacaq" hiyləsi ilə aldatmasın. Davamlı az əməl bir dəfə edilən çox əməldən daha faydalıdır. Sədəqəniz az ola bilər, amma çox sayda insanın az sədəqəsi böyük problemləri həll edə bilər. İnşaallah, Allah bizə saleh əməl etmək tövfiqi versin. Amin. @mirmehemmed_beshir https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29
❤️ 2

Comments