
MƏDRƏSƏ
February 28, 2025 at 01:00 PM
Axir-Zamanda Ramazan və Şəvval hilalı gizlənər
عَنِ الْأَصْبَغِ بْنِ نُبَاتَةَ قَالَ: قَالَ أَمِيرُ الْمُؤْمِنِينَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ (ع): يَأْتِي عَلَى النَّاسِ زَمَانٌ يَرْتَفِعُ فِيهِ الْفَاحِشَةُ وَ لَتُصَنَّعُ (التصنع) وَ تُنْهَتَكُ فِيهِ الْمَحَارِمُ وَ يُعْلَنُ فِيهِ الزِّنَا وَ يُسْتَحَلُّ فِيهِ أَمْوَالُ الْيَتَامَى وَ يُؤْكَلُ فِيهِ الرِّبَا وَ يُطَفَّفُ فِي الْمَكَايِيلِ وَ الْمَوَازِينِ وَ يُسْتَحَلُّ الْخَمْرُ بِالنَّبِيذِ وَ الرِّشْوَةُ بِالْهَدِيَّةِ وَ الْخِيَانَةُ بِالْأَمَانَةِ وَ يَشْتَبِهُ الرِّجَالُ بِالنِّسَاءِ وَ النِّسَاءُ بِالرِّجَالِ وَ يُسْتَخَفُّ بِحُدُودِ الصَّلَاةِ وَ يُحَجُّ فِيهِ لِغَيْرِ اللَّهِ فَإِذَا كَانَ ذَلِكَ الزَّمَانُ: انْتَفَخَتِ الْأَهِلَّةُ تَارَةً، حَتَّى يُرَى الْهِلَالُ لَيْلَتَيْنِ. وَ خَفِيَتْ تَارَةً، حَتَّى يُفْطَرَ شَهْرُ رَمَضَانَ فِي أَوَّلِهِ وَ يُصَامَ لِلْعِيدِ فِي آخِرِهِ. فَالْحَذَرَ الْحَذَرَ حِينَئِذٍ مِنْ أَخْذِ اللَّهِ عَلَى غَفْلَةٍ. فَإِنَّ مِنْ وَرَاءِ ذَلِكَ مَوْتٌ ذَرِيعٌ يَخْتَطِفُ النَّاسَ اخْتِطَافاً، حَتَّى إِنَّ الرَّجُلَ لَيُصْبِحُ سَالِماً وَ يُمْسِي دَفِيناً وَ يُمْسِي حَيّاً وَ يُصْبِحُ مَيِّتاً. فَإِذَا كَانَ ذَلِكَ الزَّمَانُ: وَجَبَ التَّقَدُّمُ فِي الْوَصِيَّةِ قَبْلَ نُزُولِ الْبَلِيَّةِ. وَ وَجَبَ تَقْدِيمُ الصَّلَاةِ فِي أَوَّلِ وَقْتِهَا خَشْيَةَ فَوْتِهَا فِي آخِرِ وَقْتِهَا. فَمَنْ بَلَغَ مِنْكُمْ ذَلِكَ الزَّمَانَ، فَلَا يَبِيتَنَّ لَيْلَةً إِلَّا عَلَى طُهْرٍ. وَ إِنْ قَدَرَ أَنْ لَا يَكُونَ فِي جَمِيعِ أَحْوَالِهِ إِلَّا طَاهِراً، فَلْيَفْعَلْ. فَإِنَّهُ عَلَى وَجَلٍ لَا يَدْرِي مَتَى يَأْتِيهِ رَسُولُ اللَّهِ لِقَبْضِ رُوحِهِ. وَ قَدْ حَذَّرْتُكُمْ وَ عَرَّفْتُكُمْ إِنْ عَرَفْتُمْ وَ وَعَظْتُكُمْ إِنِ اتَّعَظْتُمْ. فَاتَّقُوا اللَّهَ فِي سَرَائِرِكُمْ وَ عَلَانِيَتِكُمْ. «وَ لا تَمُوتُنَّ إِلَّا وَ أَنْتُمْ مُسْلِمُونَ»، «وَ مَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلامِ دِيناً فَلَنْ يُقْبَلَ مِنْهُ وَ هُوَ فِي الْآخِرَةِ مِنَ الْخاسِرِين».
Əsbəğ ibn Nübatə belə nəlq edir: İmam Əli (ə) buyurdu: İnsanlar üçün bir zaman gələr ki, o zaman cəmiyyətdə əxlaqsız qadınlar, pozğunluq və pis işlər çoxalar və həm də hamı tərəfindən bəyənilər və (ruzi qazanmaq üçün) peşəyə çevirilər.
Cəmiyyət hörmət, abır və həya pərdələri cırılar. Zina aşkar edilər.
Yetimlərin malını yemək halal sayılar. İnsanlar riba və sələm yeyərlər. Tərəzidə və çəkidə aldadar, malı (keyfiyyət və çəki baxımından) miqdarından az satarlar.
Məstedici şərabı “üzümsuyu”, rüşvəti “hədiyyə” adı ilə halal sayar və başqalarının malına (icazəsiz əl vurub) xəyanət etdikləri halda əmanət götürdüklərini iddia edərək ondan istifadə etməyi özlərinə halal bilərlər. Kişilər özlərini qadınlara və qadınlar özlərini kişilərə oxşadarlar. Namazın şərtlərini yüngül sayarlar və Allahdan qeyrisi üçün (və başqa niyyətlərlə) Həccə gedərlər.
Belə bir zaman gəlib çatanda, gah hilal (Ramazan ayının ilk gecəsində) çox yüksəkdə və böyük görünər, hətta camaat onun iki gecəlik olduğunu sanarlar. Gah da Ramazan ayının hilalı gizlənər və insanlar Ramazan ayının daxil olmadığını düşünərlər və ilk günün orucunu yeyərlər və Ramazan ayının sonunda bayram günü oruc tutarlar. Vəziyyəti belə gördüyünüz bir zamanda qorxun, qorxun, muğayat olun bundan ki, Allah-Taala sizi qəflətən (müxtəlif bəlalarla) cəzalandırsın və sizə tövbə etmək fürsətini vermədən sizi öldürsün. Bunun ardınca isə - yəni insanlar bu deyilən günahlara düçar olduqları zaman, sanki insanlar bir-bir oğurlanırlar kimi, ölüm, ildırım işığı qədər çox sürətli və qəfil olacaq. Hətta bir nəfər səhər yuxudan duranda sağ-salamat olacaq, axşam isə onu dəfn edəcəklər. Digər bir nəfəs isə axşam sağ-salamat yatacaq, sübh yuxudan durmayacaq və meyyit olacaq.
Belə bir zaman gəlib çatanda bəla nazil olmamışdan öncə vəsiyyət yazmaq vacibdir. Həmçinin Namazı əvvəl vaxtında qılmaq vacibdir və namazı axır vaxta saxlamağın qəzaya getməsi qorxusu var, çünki insan bilmir axır vaxtda diri olacaq, yoxsa, ölü. Sizdən hər kim belə bir zamana gedib çatarsa, belə bir zamanda yaşayarsa, heç vaxt dəstəmazsız və təharətsiz yatmasın. Əgər imkanı və qüdrəti çatırsa, bacarırsa dəstəmazlı və təharətli olmağa, bütün hallarda təharətli və dəstəmazlı olsun. Çünki o ölümü barədə nigarandır və bilmir ki, Allahın rəsulu ruhunu qəbz etməyə və almağa nə vaxt gələcək. Mən sizə xəbərdarlıq etdim və sizi gözləyən təhlükələri, sizi bəla və müsibətlərə düçar edəcək günahları sizə tanıtdırım və bəyan edərək sizi qoxutdum və çəkindirdim və sizə moziə və nəsihət etdim, əlbəttə əgər siz tanıyan, çəkinən və nəsihət və moizə eşidənsinizsə. “Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün.” (Ali-İmran, 102) Və “kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir”. (Ali-İmran, 85).
Şeyx Səduq, Üç ayın fəziləti, hədis:70.
@mirmehemmed_beshir
https://whatsapp.com/channel/0029VafufPW2f3EGVmKFSb29
👍
🙏
5