
MƏDRƏSƏ
March 1, 2025 at 04:38 PM
Mübarək Ramazan ayının əməlləri
DUA
1. Hər vacib namazdan sonra “ya Əliyyu, ya Əzim” və “ Əllahummə ədxil əla əhlil-quburis-surur” dualarını oxumaq.
2. Səhərlər “Bəha” (Əllahumə inni əsəlukə bi bəhaikə...), “Səhər” və Əbu Həmsə Sumali dualarını oxumaq.
3. Vacib namazlardan sonra Həcc duasını oxumaq “Əllahum-mərzuqni həccə bəytikəl-həram”.
4. İftar duası: Əllahummə ləkə sumtu, və əla rizqikə əftərtu, və ələykə təvəkkəltu, fətəqəbbəl minni, innəkə əntəs-səmiul-əlim. Ya vasiəl məğfirəti, iğfirli.
5. İftitah duasını hər gecə oxumaq.
6. Cövşəni-Kəbir duasını oxumaq. Xüsusi ilə Ramazan ayının ilk günləri və Qədr gecələrində.
7. Səhifeyi-Səccadiyyənin 44-cü duasını oxumaq.
8. Təvəssül duasını oxumaq (xüsusi ilə də Qədr gecələri və mübrək Ramazan ayının son gecəsində).
9. Xəmsətə-Əşər münacatını oxumaq.
10. Gündəlik namazlardan sonra dualar etmək, zikrlə məşğul olmaq.
11. Ramazan ayının hər gününün xüsusi dualarını oxumaq.
12. Ramazan ayının son 10 gününün xüsusi dualarını oxumaq.
13. Mücir duasını oxumaq.
NAMAZ
1. Hər gecə hər rəkətində 1 dəfə Həmd və 3 dəfə İxlas surələri oxunan 2 rəkət namazı qılmaq. Namazdan sonra 7 dəfə "təsbih" (Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər) və 10 dəfə salavat demək.
2. Hər gecəyə aid xüsusi müstəhəb namazları qılmaq.
3. Gecə namazı qılmaq.
4. Vacib namazların nafilələrini qılmaq.
5. Vacib namazları vaxtında qılmaq.
QURAN tilavəti
1. İftar və imsak zamanı Qədr surəsini oxumaq.
2. Hər gecə Qədr surəsini 1000 dəfə oxumaq.
3. Hər gecə Duxan surəsini 100 dəfə oxumaq.
4. Fəth surəsini oxumaq. Xüsusilə də müstəhəb namazlarda.
5. Tin, Kəhf və Ənam surələrini sonuncu gecə oxumaq.
6. Ənkəbut və Duxan surələrini oxumaq (3-cü Qədr gecəsi).
7. Quranla daha çox mənus olmaq və tilavət etmək, ayələrinin üzərində düşünmək (ərəb dilini bilməyənlər Quranın tərcümə və təfsirini oxusanlar).
ZİKR
1. İstiğfar zikrini çox demək (əstəğfirullahə rəbbi və ətubu iləyh)
2. Salavat zirini çox demək (ən azı hər gün 100 dəfə)
3. Fatimeyi-Zəhra (s) zikrini çox demək (Allahu Əkbər (34 dəfə), Əlhəmdullillah (33 dəfə), Subhanəllah (33 dəfə), La ilahə illəllah (1 dəfə)).
Ramazan ayında xüsusi diqqət ediləsi digər əməllər
1. Hər gün sədəqə vermək.
2. Oruc tutanlara iftar vermək.
3. Çox istiğfar etmək və Allahdan bağışlanmaq diləmək.
4. Haram işlərdən çəkinmək və günahlardan qorunmaq, xüsusi ilə də ailədə xoş davranmaq, insanları incitməkdən uzaq durmaq, qeybət, yalan, söyüş, töhmət, istehza və dilə aid digər günahları tərk etmək. Riya etməkdən və yaxşı əmələni digərlərinə göstərməkdən çəkinmək.
5. Çox yeməmək.
6. Zərurət olmadan səfərə çıxmamaq.
7. İmsakda dişləri mütləq fırçalamaq.
8. Günorta yatıb istirahət etmək (qeylulə yuxusu).
9. İnsanı zəiflədəcək və orucun pozulmasına səbəb olacaq əməlləri tərk etmək: Gündüz hamama girmək, hicamət etmək, qan vermək, ehtirası təhrik edəcək işlər və sair.
10. İftarı tez etmək, gecikdirməmək və imsakı Sübh azanına daha yaxın vaxtda yemək və namazı iftardan öncə qılmaq daha fəzilətlidir, amma yemək süfrəsində insanı gözləyənlər varsa və ya insanda zəiflik yaranıbsa, öncə iftar etmək yaxşıdır.
11. İnsanları iftar məclislərinə dəvət edənlərə təşəkkür etmək Ramazan ayının ədəbindəndir. Peyğəmbər (s) və imamlarımız (ə) birinin evində iftar etdikdə belə dua edərdilər: "Yeməyiniz oruclara, yaxşı insanlara nəsib olsun, mələklərin salam və salavatı sizə olsun".
12. Ramazan ayının tək gecələrində və son on gecənin hər birində qüsl etmək.
13. İftarı pak və halal ruzi ilə açmaq, şübhəli yeməklərdən qorunmaq. İftar xurma ilə açılsa, daha yaxşıdır.
14. Bütün fərd gecələrdə (1, 3, 5, 7, ...) və son on gecənin (21, 22, 23, 24, ... 30) hər birində qüsl etmək.
@mirmehemmed_beshir