MƏDRƏSƏ
March 1, 2025 at 04:54 PM
Ramazan ayının birinci gecəsinin əməlləri
1. Qüsl etmək.
2. İmam Hüseyni (ə) yaxından və ya uzaqdan ziyarət etmək.
3. Səhifeyi-Səccadiyyə kitabının 43-cü duasını oxumaq.
4. Səhifeyi-Səccadiyyə kitabının 44-cü duasını oxumaq.
5. Cövşəni-Kəbir duasını oxumaq.
6. “Əllahummə rəbbə şəhri Rəməzan, Munəzziləl-Quran...” duasını oxumaq.
7. İftitah duasını oxumaq (hər gecə)
8. Duxan surəsini oxumaq (hər gecə)
9. Quran tilavəti.
10. Nafilə namazlarını qılmaq.
11. İki rəkət namaz qılmaq. Hər rəkətdə Həmd surəsindən sonra Tövhid (İxlas) surəsi üç dəfə oxunur. Namazdan sonra 7 dəfə "təsbih" (Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər) və 10 dəfə salavat demək.
@mirmehemmed_beshir