Nicat Gəmisi | سفينة النجاة
Nicat Gəmisi | سفينة النجاة
February 18, 2025 at 05:05 AM
*Fərqindəlik:* İnsan adətən ruzisini yalnız zəhmət, bilik və bacarıq nəticəsi kimi görür, lakin bu, böyük bir qəflətdir, çünki ruzi verən yalnız Rəzzaq olan Allahdır. İnsan çalışmaqla, təhsil almaqla və müəyyən peşələrə yiyələnməklə maddi qazanca nail olacağını düşünsə belə, eyni zəhməti çəkən iki şəxsdəki ruzinin fərqli təzahür etməsi Allaha - təqdirinə bağlı olduğunu açıq-aşkar sübut edir. Çox zaman insanlar iş, diplom və bacarıqlarına həddindən artıq güvənərək ruzi mənbəsi olaraq bunları zənn edirlər, halbuki bunlar sadəcə səbəblərdir, həqiqi təminatçı isə Əziz və Cəlil olan Allahdır. Ruziyə yalnız maddi vasitələrlə nail olacağını düşünən insan dünya malına bağlanır, şükrü unudur və nəticə etibarilə qəlbdəki Allahla olan bağı zəiflədir. Ruziyə dair bu qafillik insanı halal-haram həddini aşmağa sürükləyir və onu haram qazancla halal ruzini qarışdırmağa vadar edir. Haram yolla qazanılan sərvət isə zahirən bol görünsə belə, nəticə etibarilə bərəkətsiz olur və insandakı ruhu qaranlığa boğur. Allah istəsə, heç bir səbəb olmadan belə bəndəsinə bol ruzi verər, istəməsə, ən çox çalışan belə yoxsulluqla baş-başa qalar, çünki ruzi yalnız insandakı zəhmətdən asılı deyil. Qəflət üzrə olan insan qazancını tamamilə birbaşa ağıl, güc və zəhmət nəticəsi hesab edərək təkəbbürə qapılır, halbuki bütün imkanlar belə Allahdan ona əta edilən nemətlərdir. İnsan halal qazancla kifayətlənməli, ruzi qazanmaq üçün harama əl uzatmamalıdır, çünki haramla qazanılan maldakı rahatlıq müvəqqətidir, lakin məsuliyyəti daimi və ağırdır. Həqiqi iman sahibi bilir ki, ruzi həm maddi, həmçinin mənəvi bir qidadır və insan nə qədər çalışsa belə, Allahdan bərəkət gəlmədən qazanc insana həqiqi mənfəət verməz. Şükür etməyən və ruzisini Allahdan deyil, öz səylərindən bildiyi üçün qəflətə düşən insan ruhən yoxsullaşır, çünki ondakı qəlb yavaş-yavaş dünyaya bağlanır və Allaha təvəkkülü zəifləyir. Haram yolla qazanılan ruzi insandakı qəlbi zülmə qərq edir, onu cahillik girdabına salır və ilahi rəhmətdən uzaqlaşdırır. Hər şey həqiqi sahibi olan Allaha aid olduğu kimi ruzi belə Allahdandır və insan yalnız səbəblərə deyil, səbəbləri yaradan Rəbbinə güvənməlidir. İnsan üçün ən böyük ruzi yalnız maddi qazanc deyil, qəlbi olaraq Allahı tanıması, Allaha bağlı qalması və lütf etdiyi nemətlərə şükür üzrə yaşamasıdır.
❤️ 👍 🌷 14

Comments