
Sumqayıt Tibb Mərkəzi
February 7, 2025 at 07:18 AM
Masallı Rayon Mərkəzi Xəstəxanasında "Tibbi iqtisadi ekspertiza və tibbi xidmət keyfiyyət ekspertizasının aparılması" mövzusunda tədbir keçirilib.
Tədbirdə Sumqayıt Tibb Mərkəzinin Sığortanın təşkili və innovasiya şöbəsinin müdir müavini Pərviz Əvəzli xəstəxananın həkim heyətinə icbari tibbi sığortanın tələbləri və prosedurları ilə bağlı ətraflı məlumat təqdim edib. O, tibbi xidmətlərin təşkilində hüquqi və metodiki dəstəyin əhəmiyyətini vurğulayıb, tibbi-iqtisadi ekspertiza və xidmət keyfiyyətinin monitorinqi ilə əlaqədar vacib məqamları izah edib.
Eyni zamanda icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin və şəffaflığının artırılması məqsədilə təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıb.
👍
1