
Sumqayıt Tibb Mərkəzi
94 subscribers
About Sumqayıt Tibb Mərkəzi
Sumqayıt Tibb Mərkəzi (STM) 16 tibb müəssisəsini özündə birləşdirən 500 minə yaxın insana xidmət göstərən regionun ən böyük tibb mərkəzlərindən biridir. Mərkəzin tabeliyində 7 ailə sağlamlıq mərkəzi, 7 xəstəxana, Perinatal Mərkəz və Stomatoloji poliklinika fəaliyyət göstərir.
Similar Channels
Swipe to see more
Posts

Antenatal qulluq hamiləlik dövründə qadının və körpənin sağlamlığının qorunması üçün həyata keçirilən tibbi, psixoloji müdaxilə prosesidir. Bu qulluq hamiləliyin gedişatını izləyərək potensial riskləri erkən mərhələdə aşkarlamağa, qadına, ailəyə lazımi məlumat və dəstək verməyə yönəlib. #tibbiterminlər

#VətəndaşMəmnunluğu “Xəzər axşamı” verilişinin aparıcısı Mətanət Əliverdiyeva Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasında göstərilən tibbi xidmətlərdən məmnunluğunu ifadə edib, yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan ailə sağlamlıq mərkəzlərinin dislokasiya ərazisi üzrə bölgüsü https://www.facebook.com/share/p/12CSnqigaPi/

Masallı Rayon Mərkəzi Xəstəxanasında "Tibbi iqtisadi ekspertiza və tibbi xidmət keyfiyyət ekspertizasının aparılması" mövzusunda tədbir keçirilib. Tədbirdə Sumqayıt Tibb Mərkəzinin Sığortanın təşkili və innovasiya şöbəsinin müdir müavini Pərviz Əvəzli xəstəxananın həkim heyətinə icbari tibbi sığortanın tələbləri və prosedurları ilə bağlı ətraflı məlumat təqdim edib. O, tibbi xidmətlərin təşkilində hüquqi və metodiki dəstəyin əhəmiyyətini vurğulayıb, tibbi-iqtisadi ekspertiza və xidmət keyfiyyətinin monitorinqi ilə əlaqədar vacib məqamları izah edib. Eyni zamanda icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin və şəffaflığının artırılması məqsədilə təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıb.