Sumqayıt Tibb Mərkəzi
Sumqayıt Tibb Mərkəzi
February 17, 2025 at 11:10 AM
Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən ailə sağlamlıq mərkəzləri məktəb və uşaq bağçalarında mütəmadi olaraq maarifləndirici tədbirlər keçirir. Bu tədbirlərin əsas məqsədi valideynləri və tərbiyəçiləri infeksion xəstəliklərdən qorunmağın ən effektiv yolu olan peyvəndlər barədə maarifləndirmək, həmçinin uşaqların sağlamlığını və gələcəyimizin təhlükəsizliyini təmin etməkdir. Tədbirlər çərçivəsində sanitar-gigiyena qaydaları və profilaktik peyvəndlərin əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Valideynlərin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Sağlam gələcək üçün vaxtında atılan addımlar önəmlidir! #peyvənd #sağlamgələcəyədoğru
👍 1

Comments