Sumqayıt Tibb Mərkəzi
Sumqayıt Tibb Mərkəzi
February 25, 2025 at 01:46 PM
Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında maarifləndirici seminar keçirilib. STM-nin pediatr və terapevtlərinin iştirak etdiyi seminarda Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova "Xroniki öskürəklərə müasir yanaşma" mövzusunda məruzə ilə çıxış edib. M. Kərimova xroniki öskürəyin səbəbləri, düzgün diaqnostika, müalicə üsulları barədə ətraflı məlumat verib, fərqli xəstəliklərdə rast gəlinən simptomlar və effektiv müalicə strategiyalarını izah edib. Dosent immundefisitlərin sindromları, bu xəstəliklərə müasir tibbi yanaşmalar və müalicə üsulları barədə də danışıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarın sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Comments