Sumqayıt Tibb Mərkəzi
                                
                            
                            
                    
                                
                                
                                February 27, 2025 at 06:48 AM
                               
                            
                        
                            Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyulan tapşırıqların icrası məqsədilə keçirilən qəbul prosesində STM-nin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda 20 vətəndaşın müraciətinə baxılıb.
Müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            👍
                                        
                                    
                                    
                                        1