
Azər iş
February 17, 2025 at 01:04 PM
Direktor Köməkçisi tələb olunur
İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu
Vəzifə öhdəlikləri
Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında Şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
Direktorun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
Direktorun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.);
İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması;
Direktorun gündəliyinin hazırlanması.
Direktorun görüş və iclaslarının planlaşdırılması və təşkil edilməsi;
Direktorun tapşırığı ilə məlumatların axtarışı və təhlililin həyata keçirilməsi;
Yazışma etikası əsasında rəsmi yazışmaların aparılması
İşgüzar səfərlərin təşkil edilməsi və inzibati dəstək göstərilməsi;
Direktorun əlavə tapşırıqlarının yerinə yetirilməsi.
Ümumi tələblər:
Yüksək səviyyədə təqdimat bacarığı;
MS Office (Word, Excel, Outlook) proqramlarından istifadə etmək bacarığı (xüsusilə Excel biliyi yüksək olanlara üstünlük verilir);
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
ingilis dili biliyi üstünlükdür;
İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti.
Cari vəzifədə minimum 1 il iş stajı
Təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Direktor köməkçisi” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
2