
Azər iş
4.2K subscribers
About Azər iş
Azərbaycanın ən böyük iş elanları kanalı. Azərbaycanda Vakansiyalar (Azər iş) ciddi şirkətlərin elanları izləyərək qısa müddətdə iş tapa bilərsiniz. Hazırda işi olanlar isə şərtləri daha əlverişli və maaşı daha yüksək işə keçə bilərlər. Azər İş işe düzəltmə, vasitəçilik ilə məşğul olmur. Biz yalnız şirkətlərin iş elanlarını paylaşırıq, Siz özünüz müraciət edərək və ya CV göndərərək ödənişsiz işə düzələ bilərsiniz. İş elanı yayımı üçün WhatsApp 077 764 68 60 Azər iş kanalı elanların məzmununa, həmçinin iş axtaran və işə götürən arasında telefon, onlayn və görüş zamanı danışıqlara görə məsuliyyət daşımır.
Similar Channels
Swipe to see more
Posts

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi aşağıdakı vəzifələr üzrə vakansiya elan edir ⤵️ Vakansiyalar: 1. Daxili audit üzrə aparıcı mütəxəssis 2. Anbardar ( Səngəçal qəsəbəsi ) 3. Anbardar ( Bakı şəhəri ) Sizə uyğun vəzifənin adını qeyd edib Cv-nizi [email protected] elektron ünvana göndərməyiniz xahiş olunur. 📧 [email protected] ☎️ 012 210 01 95 https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t

Menecer tələb olunur İşəgötürən Nur Collection Vəzifə öhdəlikləri: Müştərilərə mağaza içərisində xidmətin göstəriləmsi və xidmətin artırılması üçün günlük verilən iş planını icra etmək Mağaza daxili məhsul sərgiləmə, sifarişlərin toplanması, viziual merçhandayzinq işlərinin görülməsi üçün personallara rəhbərlik etmək Mağazaya lazım olan məhsulların satışına uygun stoklarına nəzarət etmək və sifarişlərin zamanında verilməsini təmin etmək Mağazanın təmizliyi, təmiri daha yaxşı iş ortamı yaratmaq üçün mağaza daxili proseslərə nəzarət etmək Personalların iş qrafiki, davamiyyətinə nəzarət etmək Personalların disiplin və motivasiya edilməsi üçün personallara dəstək olmaq Tələblər: İşində məsuliyyətli olmalı Düzgün Dəqiq Kollektivlə işləmək bacarığı olmalı Problemi zamanında həll edə bilməli Maraqlanan namizədlər cv-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t

*ÇİN RESTORANLARINA AŞAĞIDAKI VAKANSİYA ÜZRƏ TƏCİLİ İŞÇİ TƏLƏB OLUNUR.* *OFİSİANT xanım* 2. İkinci növbə • İş saatı: 19:00 - 01:00 • İş müddəti: 5 saat Yaş həddi: 20-28 Əmək haqqı: 600 ₼ _*İngilis dili az səviyyədə səviyyədə danışıq arzu olunandır.*_ SƏLİQƏLİ və Görkəmli MÜTLƏQDİR. • Qeyd: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olan standart iş saatlarına əsaslanır. *“Əgər tanıdığınız bu vəzifəyə uyğun bir şəxs varsa, bu elanı onlarla da paylaşa bilərsiniz.”* *ƏLAQƏ: 010 301 02 05* https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t

*Shakespeare* restoranına aşağıdakı vakansiya üzrə işçilər tələb olunur. *OFİSİANT xanım və bəy* 🔹 Təcrübəli və məsuliyyətli 🔹 Gülərüz və ünsiyyətcil 🔹 Kollektivlə işləmə bacarığı olan ve danişiq səviyyəsində rus ve ingilis dil biliyi olan namizədlərə üstünlük verilir 📍 Ünvan: Tarqovu, Restoran Shakespeare 📅 İş qrafiki 8⁰⁰-17⁰⁰ / 15⁰⁰-00⁰⁰; ofisiant ə/h fix 400+ çayevoy + servis charge (aylıq toplam 1000-1500 ₼) *“Əgər tanıdığınız bu vəzifəyə uyğun bir şəxs varsa, bu elanı onlarla da paylaşa bilərsiniz.”* 📞 Əlaqə: 010 232 91 19 https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t

📢 Elektronika sahəsində Təcrübə Proqramı ✨ İşəgötürən: ABV ✔️ Proqrama qoşulmaq üçün tələb olunan ilkin biliklər: - Elektronikanın əsasları (təhsil səviyyəsində) - Sadə radioelementlərin tanınması - Elektrik dövriyyələri və impuls düzləndiricilər haqqında ilkin biliklər - Cərəyan, gərginlik, güc və müqavimət anlayışları 💡Təcrübə proqramında öyrəniləcək bacarıqlar: - Elektron plataların sxematik səviyyədə təmiri - Passiv radioelementlərin tanınması, iş prinsipləri və yoxlanılması - Nasazlıqların diaqnostikası və aradan qaldırılması metodları - Lehimləmə texnikaları, SMD çiplərin montajı - Elektron sxemlərin oxunması və təhlili - Güc avadanlıqları ilə təhlükəsiz işləmə qaydaları - Müxtəlif avadanlıqların iş prinsipləri, konfiqurasiyası və texniki baxış prosesləri Üstünlük verilir: Ali təhsil müəssisələrində təhsil alan və ya məzun olan bəy əməkdaşlar. Təcrübəçi proqram sonunda sertifikatla təmin olunur. Təcrübə müddəti: 3 ay. Müraciət üçün 📩 [email protected] ünvanına mail göndərə bilərsiniz. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t

*“COFFEEMANIA”* restoranlar şəbəkəsi aşağıdakı vakansiyaları aktiv elan edir: *XADİMƏ* Əmək haqqı: 600 ₼ Nərimanov filialı,Dəniz Mall filialı *İŞ HAQQINDA MƏLUMAT* Nahar: şirkət tərəfindən təmin olunur Geyim: şirkət tərəfindən təmin olunur Qeydiyyat: rəsmi İş qrafikləri: növbəli İstirahət vaxtı: həftədə 1 dəfə Qeyd: *İŞƏ DÜZƏLTMƏ DEYİL* *“Əgər tanıdığınız bu vəzifəyə uyğun bir şəxs varsa, bu elanı onlarla da paylaşa bilərsiniz.”* *ƏLAQƏ: 051 270 75 43* nömrəsinə CV və ya məlumatlarınızı göndərə bilərsiniz. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t

“1st Fitness” mərkəzinə Qeydiyyatçı tələb olunur - NÖVBƏLİ Namizədə dair əsas tələblər: 18-27 yaş arası xanım və kişi namizədlər; Azərbaycan və Rus dillərində sərbəst şəkildə danışıq qabiliyyəti; MS Office proqramları və 1C sistemində sərbəst şəkildə işləmək bacarığı; Ünsiyyət qurmaq, səlis mədəni danışıq qabiliyyəti. Vəzifə öhdəlikləri: Fitnes zalına gələn müştəriləri qarşılamaq,yüksək səviyyədə xidmət göstərmək; Fitness zalıın iş fəaliyyəti barədə müştərilərə məlumat vermək; Fitness zalına gələn yeni müştərilərin qeydiyyat aparılması; Sənədlərin qəbulu, qeydiyyatı,təyinat üzrə yönəldirmək; Daxil olan zəngləri qəbul etmək,təyinatı üzrə zəngləri istiqamətləndirmək; Klub kartlarının verilməsi, mövsüm biletlərinin satışı; Müştərilərin fitness mərkəzinin xidmətləri və promosyonları haqqında məlumatlandırılması. İş şəraiti: İş günü: 6 günlük növbəli qrafik ( 07:00-15:00; 15:00-23:00), həftədə 1 gün istirahət Əmək haqqı: 500 AZN Nahar şirkət tərəfindən verilir Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Qeydiyyatçı” yazaraq [email protected] email ünvanına göndərmələri xahiş olunur https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t

Marketinq üzrə mütəxəssis tələb olunur İşəgötürən ”Mazarina Trade Company” Vəzifə öhdəlikləri: Reklam və PR fəaliyyətlərinin koordinasiyası; Həftəlik və aylıq foto/video çəkiliş planlarının hazırlanması və idarəolunması; İnfluencer/bloqqerlərlə əməkdaşlığın təşkili və idarəolunması; Şirkətin korporativ stili və brandbook-na uyğun dizayn vizuallarının, eskizlərinin yaradılmasına nəzarət; Şirkətin sosial media hesabları və saytlarının plana uyğun yenilənməsi və nəzarət edilməsi; Şirkətdaxili marketinq məhsullarına (promo, reklam məhsulları və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirilməsi; Aylıq marketinq hesabatlarının hazırlanması; Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan tapşırıqları yerinə yetirmək. Namizədə tələblər: Xanım namizədlərə üstünlük veriləcəkdir Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil; Səlis Azərbaycan və Rus dili bilikləri. Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi; Yaradıcı, məsuliyyətli, kreativ; Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır; Kollektivlə işləmə bacarığı; Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalıdır. İş şəraiti: Maaş: Razılaşma yolu ilə İş təcrübəsi: 2 ildən artıq İş rejimi: 5 günlük iş qrafiki Saat: 09:00-dan-18:00-dək Ünvan: Ziya Bünyadov pr., Ələsgər Qayıbov 12/22 (Azera Holding) (Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel, Caspian Bussines Hotel, EuroHome Tikinti materialları bazarı və CONNECT) Müraciət etmək istəyən namizədlər CV formasını [email protected] qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Marketinq üzrə mütəxəssis” qeyd edərək göndərə bilərsiniz. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t

Satınalma və Təchizat Logistikası üzrə Aparıcı Mütəxəssis tələb olunur İşəgötürən: Norm OJSC Hazırda şirkətimizə Satınalma və Təchizat Logistikası üzrə Aparıcı Mütəxəssis tələb olunur. İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km. Tələblər: İqtisadiyyat, İdarəetmə, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür) Təchizat və logistika sahəsində minimum 3 il, tenderlərin təşkili sahəsində minimum 1 il iş təcrübəsi Əla səviyyədə ingilis dili biliyi MS Office komputer proqramı üzrə bacarıqlar CIPS və ya buna bənzər sertifikat Tələb olunan kompetensiyalar: Müştəriyönümlülük Əməyin mühafizəsi qaydalarından xəbərdar olma Bütövlük Yenilikçilik Əsas vəzifə və öhdəliklər: Satınalmanın təşkili: Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması, tədarükü və logistika əməliyyatlarının həyata keçirilməsi Kateqoriyanın İdarəolunması prinsiplərinə müvafiq şəkildə kateqoriyalar üzrə danışıqlar aparmaq və müqavilələr bağlanmaq, mal-material və xidmətlər üzrə alış əməliyyatlarının və bu əməliyyatlarla bağlı digər müvafiq işlərin yerinə yetirilməsi Təchizatçı siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial Təchizatçıların araşdırılması, təchizatçıların ofis və sahələrinə səfərlər etməklə təchizatçıların qiymətləndirilməsi və satınalma şərtlərinin uyğunlaşdırılması, fərdi sifarişlər, həmçinin uzunmüddətli alışlar üçün alış qiyməti və şərtləri ilə bağlı təhlillərin aparılması və danışıqların həyata keçirilməsi, əsas və strateji təchizatçılarla kommersiya şərtlərinin razılaşdırılması. Təchizatçı müqavilələrinə baxılması və lazım gələrsə müvafiq dəyişiliklərin edilməsi üçün təkliflərin hazırlanması Təchizatçıların vaxtında satınalma sənədlərinin təhvil verilməsinə nəzarət etmək və bu sənədlərin maliyyə ayının vaxtında bağlanışı üçün Maliyyə şöbəsinə təhvil verilməsi Təchizatçı performansının qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün rəylərin alınması, sorğularının keçirilməsi və tövsiyələrin verilməsi. Müvafiq kateqoriyaya aid layihələrin müəyyən edilmiş zaman çərçivəsində və keyfiyyətlə icrası və idarə edilməsi. Alış Tələbnamələrini vatlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi Lazım olduqda təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması Şirkətin adına xaricdən idxal olmuş bütün mal-materialların vaxtında və düzgün gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təmin etmək məqsədilə gömrük işlərini həyata keçirən şirkətlə əlaqələndirmə, tələb olunan sənədlərin təqdim edilməsi və rəsmiləşdirmə ilə əlaqədar digər tələb olunan hərəkətlərin yerinə yetirilməsi Mallar göndərilmək üçün hazır olduqda təchizatçının təqdim etdiyi nəqliyyat sənədlərinin düzgünlüyünün yoxlanılması və təsdiqlənməsi APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar Biz nə təklif edirik: Korporativ tibbi sığorta Servis avtobusu Şəxsi və peşəkar inkişaf imkanları İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri Unikal imtiyazlar paketi CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t

Baş Anbardar tələb olunur İşəgötürən: Esen Tekstil İş yeri: Yeni Saray yolunun 1.5-ci kilometrində yerləşən ofisi (servis təmin edilmə). Vəzifə öhdəlikləri: Anbara daxil olan mal-materialların (parçaların, sapların, düymələrin və tikiş ləvazimatların) sayına düzgün nəzarət edilməsi, Saxlanma rejiminə əməl olunması, qəbul sənədlərinin doğru-düzgün tərtib olunması; . Anbara nəzarət edilməsi və idarə olunması. Anbara mədaxil və məxaric olunan mal-materialların 1C proqramına işlənməsi. Hazır məhsul anbarına mədaxil olunan məhsulların texniki baxışı və qeydiyyatının aparılması. Malların mühasibatlıq uçotundan əlavə olaraq Anbardar tərəfindən uçotunun aparılması. İstifadəyə yararsız, itmiş, xarab olmuş malların aktlaşdırılması İllik inventarizasiya prosesinin təşkilində iştirak etmək Avtomatlaşdırılmış informasiya sistemində anbar işinin təşkili; Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasın təmin etmək; Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı saxlanılması təmin etmək; Namizədə tələblər: Ali təhsil; Anbar sahəsində ən azı 5 il iş təcrübəsi, Tekstil işində iş təcrübəsi arzu olunandır. İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; MS Office, Anbar 1C 8.3 proqramında sərbəst işləmək bacarığı; Verilən tapşırıqları vaxtında və tam etməli. Keyfiyyətli və öz işinə cavabdeh olmalı Təhlükəsizlik qaydalarına əməl etməli Anbar işinin təşkili qaydaları; Digər aidiyyəti normativ sənədlər; Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır; Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq etməli; Təlim və kurslar: Sertifikatların olması əlavə üstünlükdür Azərbaycan dili - yazı və danışıq sərbəst; Dürüstlük və Məsuliyyət; İş qrafiki: Əmək haqqı: Razılaşma yolu ilə İş saatı: 8:00-dan 17:00-dək Nahar vaxtı: 13:00 dan 14:00dəkdir. Maraqlanan namizədlər cv-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Zəhmət olmasa CV göndərən zaman mövzu yerinə "ANBARDAR" sözünü yazın. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t