Azər iş
February 18, 2025 at 07:09 AM
Korporativ Satış Direktoru tələb olunur
İşəgötürən: Fortis Construction
Əmək haqqı: 3000 azn (Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq)
Vəzifə öhdəlikləri:
Satış strategiyasının hazırlanması və inkişafı:
• Şirkətin satış strategiyasının hazırlanması və həyata keçirilməsi.
• Yeni bazarların/satış kanallarının araşdırılması və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi.
• Satış planlarının yerinə yetirilməsinə nəzarət və əsas göstəricilərin (KPI) analizi.
• Korporativ və satış komandasının təşkili və bu yeni satış kanalın inkişaf etdirilməsi
Müştərilərlə və tərəfdaşlarla iş:
• Böyük müştərilərlə (B2B və B2C) əlaqələrin qurulması və inkişafı.
• Danışıqların aparılması və iri müştərilərlə müqavilələrin bağlanması.
• Qiymət siyasətinin idarə edilməsi və kommersiya təkliflərinin hazırlanmasına nəzarət.
Bazar və rəqabət analizi:
• Əmlak bazarında tendensiyaların monitorinqi.
• Rəqiblərin analizi və unikal ticarət təklifinin hazırlanması.
• Marketinq şöbəsi ilə əməkdaşlıq edərək yeni müştərilərin cəlb edilməsi.
• Effektiv satış alətlərinin və texnologiyalarının tətbiqi.
• Satış proseslərinin avtomatlaşdırılması, CRM sistemlərinin və analitik alətlərin tətbiqi.
Tələblər:
• Satış sahəsində 3-5 ildən çox təcrübə , xüsusilə əmlak sahəsində.
• Danışıqlar aparmaq və böyük müştərilərlə işləmək bacarığı.
• Analitik düşüncə və məlumatlarla işləmək bacarığı.
• Müasir satış alətlərinin biliyi
• İnkişaf və yeniliklərin tətbiqinə açıq olmaq.
• Yaş həddi 35-50 arası
• Dil bilikləri: azərbaycan, rus, ingilis dili
• Sürücülük vəsiqəsi və şəxsi avtomobili arzu olunandır.
Göstərilən tələblərə uyğun namizədlər mövzu qismində «Korporativ Satış Direktoru» qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərilməlidir.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
3