Azər iş
Azər iş
February 19, 2025 at 01:36 PM
Elektrik-çilingər (Portal kranlar üzrə) tələb olunur İşəgötürən: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik-çilingər (Portal kranlar üzrə) İş yeri: Ələt; Qeyd: Nəqliyyat, qida və digər qurumdaxili xidmətlər təmin ediləcəkdir. Elektrotexnika, Elektromexanika vəya Nəzarət ölçü alətləri və avtomatlaşdırma ixtisasları üzrə orta təhsil (və bənzər ixtisaslar arzuolunandır); Elektrik iş sertifikatı (diplom); Sahə üzrə 3 il iş təcrübəsi; MS ofis proqramları, PLC və çevirici mühərrik idarəetmə sistemlərini bilmək; Hündürlükdə iş bacarığı (55 metr). Bilməlidir: Elektrik qurğularının quraşdırılması və texniki istismar qaydalarını; Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını; Elektrik qurğu və avadanlıqların tipini, şərti işarələrini və təyinatını; Portal kranlarda olan elektrik avadanlıqlarının texniki parametrlərini; Elektrik naqillərinin lehimlənməsi və dəyişdirilməsi üsullarını; Portal kranlarda olan elektrik avadanlıqların konstruksiyalarını; Mexanizmlərin təmiri və bərkidilməsinin əsas qayda və üsullarını; Təmirdə işlədilən takelaj avadanlıq, mexanikləşdirilmiş alət və dəzgahların quruluş və istifadə edilməsini; Portal kranlarda olan elektrik avadanlıqlarının texniki parametrlərini; Kranlarda olan sabit və dəyişən cərəyan sistemlərinin sxemlərini və iş prinsiplərini. Davranış bacarıqları: Məsuliyyət; İşi təqib etmə; Təhlil etmə; Qərar vermə; Detallara diqqət. Öhdəliklər: Portal kranlarda yerləşən elektrik qurğuların, elektrotexniki avadanlıqların, avtomatika və telemexanika cihazlarının sxem və quruluşlarının etibarlı vəziyyətdə olmasını yoxlamaq, yaranmış nasazlıqları aradan qaldırmaq; İş üçün lazım olan nişanlanmış alətlərlə və təhlükəsizlik texnikası üzrə vasitələrlə daim onları işlək vəziyyətdə saxlamaq; Bütün elektrik təchizatı və elektrik avadanlıqlarının montajı, demontajı, avadanlıqların quraşdırılması kimi işlərdə birbaşa iştirak etmək; Portal kranlarda nəzarət ölçü cihazlarını yoxlamaq və dəyişdirmək; Portal kranların tozdan və digər istismar dövrünü qısaldacaq amillərdən qorunmasında və önləyici tədbirlər görülməsində birbaşa iştirak etmək; Portal kranların işıqlanmasını, həmçinin kranda olan elektrik avadanlıqlarında yarana biləcək qüsurların aradan qaldırılmasını təşkil etmək; İş planına uyğun şəkildə nasaz avadanlıqla bağlı mümkün qədər daha detallı məlumat almaq məqsədi ilə bütün müvafiq işçi heyəti ilə məsləhətləşmək; Təmir və əvəzləmə prosesini Cəmiyyətin tələblərinə, istehsalçının təlimatlarına və SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) prosedurlarına uyğun olaraq həyata keçirmək; Qurğular, alətlər və avadanlıqları iş planına və Cəmiyyətin prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək. Tələblərə cavab verən namizədlər [email protected] mail adresinə “Elektrik-çilingər” yazaraq öz cv-lərini göndərə bilərlər. Müraciət üçün son tarix 01 mart 2025-ci il. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍 ❤️ 3

Comments