
Azər iş
February 25, 2025 at 08:50 AM
Anbardar tələb olunur (Kəlbəcər rayonu)
İşəgötürən: Azinvest İnşaat
İş barədə məlumat:
Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək
Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək
Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq tədbirlər görərək mühasibatlığa təqdim etmək
Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək
Anbardakı mal-materiallar haqqında aylıq hesabatların rəhbərliyə təqdim olunması
Daxil olunmuş sənədlərin qeydiyyata alınması;
Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
Anbara qəbul olunan hər növ material və dəzgah hissələrini təhvil alaraq anbar yerləşim planına uyğun olaraq yerləşdirmək
Müşayiətedici sənədlərə uyğun olaraq,boşaltma və anbar daxilindəki yüklərin yerləşdirilməsi işinin icrasnı təmin etmək
Nasaz alətlər, cihazlar və s. ucun qusur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların catışmazlığı və korlanması barədə aktları tərtib etmək;
Anbarda saxlanılan material qiymətlilərinin ucotunu və onların hərəkəti uzrə hesabat sənədləşdirməsini aparmaq;
Korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil etmək;
Anbarların hər zaman təmiz, səliqəli olmasını təmin etmək
Namizədə tələblər:
Ali Təhsil və ya orta ixtisas təhsil
Müvafiq vəzifə üzrə üzrə 3 il və daha çox iş təcrübəsi
MS office proqramlarında işləmək bacarığı
Cinsi: Kişi
Komandada işləmə bacarığı
Analitik təhlil etmə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar“ yazaraq [email protected] mail ünvanına göndərilməsi xahiş olunur
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
2