Azər iş
Azər iş
February 26, 2025 at 01:04 PM
📢Avrora MMC "SƏTƏM" Mütəxəssisi vakansiyasını elan edir! Əsas vəzifə öhdəlikləri: · İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə nəzarət edilməsi; · Yeni əməkdaşlara, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təlim və təcrübəsinə gələn tələbələrlə əməyin mühafizəsi üzrə giriş, yanğın təhlükəsizliyi üzrə təlimatlandırma proqramının hazırlanması; · Struktur bölmələrin rəhbərləri tərəfindən işçilərə ilkin, təkrar, cari, plandan kənar təlimatların keçirilməsini və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlanılması; · Fəhlə və qulluqçuların, mühəndis texniki işçilərin əməyin mühafizəsi, texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasını və müvafiq qeydiyyatların aparılmasının daim nəzarətdə saxlanılması; · İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin, digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi; · SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqlərinin aparılması və uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi; · Tullantıların idarə olunmasına nəzarət prosesində iştirak edilməsi; · Sahələrin,iş yerlərinin plakatlarla, təhlükəsizlik və xəbərdaredici nişanlarla, digər təbliğat vasitələri ilə təmin etdilməsi; · Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak edilməsi; · Şirkətin SƏTƏM üzrə risk qiymətləndirmələrini mütəmadi nəzərdən keçirilməsi və əməl olunmasına nəzarət edilməsi; · Obyektlərdə elektrik sistemlərinin daim saz vəziyyətdə olmasına və sınaqların edilərək aktlaşdırılmasına nəzarət edilməsi; · Yanğından mühafizə sistemlərinin ( hydrant,daxili yanğın su kranı,sprinkler,xəbərverici qurğular,ilkin odsöndürən balonlar və s. ) daim saz vəziyyətdə olmasının yoxlanılması, zəruri tədbirlər görülməsi. Tələb olunan bilik və bacarıqlar: · Problem həll etmə bacarığı və detallara diqqət; · Təqdimetmə bacarığı; · İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, IOSH üzrə məlumatlılıq; · Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür; · Microsoft Office proqramı. Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: · Təhsil: Ali təhsil (Texniki sahə üzrə və ya Fövqəladə Hallar və Həyat · Fəaliyyətinin Təhlükəsizliyi) · İş təcrübəsi: sahə üzrə min. 3 il iş təcrübəsi İş şərtlərimiz: · İş qrafiki: Tam iş günü (5 gün); · İş saatları: 09:00-18:00; · İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C. Biz nə təklif edirik: · Əmək bazarında rəqabətli əməkhaqqı; · Peşəkar komanda mühiti; · Təlim və inkişaf imkanları; · Nahar şirkət tərəfindən təmin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍 ❤️ 3

Comments