Azər iş
Azər iş
February 26, 2025 at 02:13 PM
Hüquqşünas tələb olunur İşəgötürən: Abşeron Logistika Mərkəzi Ümumi vəzifə öhdəlikləri: Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək; Sənədlərin təhlili, hüquqi araşdırılması, akt və sərəncamların, normativ hüquqi sənədlərin ekspertizasında iştirak etmək; Şirkətin və törəmə müəssisələrin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi; Dövlət orqanlarına, publik hüquqi şəxslərə, hüquq mühafizə orqanlarına sorğu, ərizə və məktubların hazırlanmasında iştirak etmək; Şirkətin tərəf olduğu müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək; Dövri hesabatların hazırlanması və təqdim edilməsi; Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək. Namizədə qarşı tələblər: Hüquq sahəsində ali təhsil; Mövcud sahə üzrə iş təcrübəsi, (Korporativ hüquq təcrübəsi üstünlükdür) Rus dillərini əla səviyyədə bilməli; MS Offise proqramlarında iş bacarığı; Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Yüksək araşdırma və tədqiqat bacarığı; Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq; Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı. Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını [email protected] email-in mövzu hissəsində “Hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍 2

Comments