Azər iş
Azər iş
February 26, 2025 at 02:14 PM
BAŞ MÜHASİB tələb olunur Şirkət: İntransco MMC İş yeri: Neftçi Qurban 29,Bayıl Plaza İş rejimi: Tam ştat, 6 günlük iş rejimi Əmək haqqı: Müsahibə əsasında Vəzifə öhdəlikləri: • Şirkətin maliyyə və mühasibat uçotunun beynəlxalq və yerli qanunvericiliyə uyğun təşkil edilməsi • ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi • Bank əməliyyatlarının icrası və pul vəsaitlərinin hərəkətinə nəzarət • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi; • Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması; • Mühasibatlıq sənədlərinin arxivləşdirilməsi və düzgün saxlanmasının təmin edilməsi • Daxili və xarici audit yoxlamalarına hazırlığın aparılması və müvafiq hesabatların təqdim edilməsi • Mühasibatlıq komandası ilə effektiv əməkdaşlığın qurulması və onların fəaliyyətinə nəzarət Tələblər: • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil • Baş mühasib vəzifəsində ən azı 5 il iş təcrübəsi • Vergi Məcəlləsi və mühasibat uçotu standartları üzrə dərin biliklər • SAP mühasibat proqramında işləmək bacarığı(Mütləqdir) • Dəqiq, məsuliyyətli və analitik düşünmə qabiliyyətinə malik olmaq • Komandada işləmək və işçi heyətini idarə etmək bacarığı • PMS sertfikatı (Mütləqdir) Maraqlanan şəxs CV-ni, mövzuda “BAŞ MÜHASİB” qeyd etməklə, [email protected] mail ünvanına göndərə bilər. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍 3

Comments