Əhli-Sünnə Mədrəsəsi
February 13, 2025 at 05:43 PM
*Əqidəvi mənfəət:* Üfüqlər dəlilinə gələrsək, şəkk-şübhəsiz, bu aləm dəyişkəndir (aqreqat, nyuton və termodinamika fizikasına nəzər yetir) və bu dəyişiklik fəsil keçidləri, gecə və gündüz, doğma və batma, göy gurultusu, şimşək, buludlar və bunlardan başqalarına müşahidə ilə idrak edilir. Belə ki, hər bir dəyişkən hadisdir (sonradan yaradılmışdır) və bu hadis üçün qədim bir mühdis (yaradıcı) olması lazımdır. Əgər bu mühdis hadis olsa, o zaman (bu mühdis olmaz, hadis olar), başqa bir mühdisə möhtac olar. *Bu isə dilemma (دور) və sonsuz reqressiyadır (تسلسل), belə ki, hər ikisi isə mühaldır (əqlən mümkün deyildir).*
*Dilemma:* Fərz edək ki, qapısı bağlı və xəzinə sandığı olan bir otaq var və qapısını açmaq üçün açar lazımdır, lakin açar xəzinə sandığı içərisindədir, məhz qapını aça bilməmək situasiyası budur.
*Sonsuz reqressiya:* Fərz edək ki, sənəd imzalanaraq rəsmilik qazanmalıdır, bu sənədi rəsmi etmək üçün məmura, o məmur isə ondan daha yüksək rütbəyə malik olan məmura möhtacdır və beləcə, son bir nöqtə olmazsa, sənəd rəsmilik qazanmayacaq, məhz həmin situasiya budur.
Nəriman Goranboylu
❤️
👍
14