Əhli-Sünnə Mədrəsəsi
Əhli-Sünnə Mədrəsəsi
February 14, 2025 at 09:04 AM
Qədim Romadan bəri hər il və hər il fevraldakı 14 rəqəminə vüsulla dünya miqyaslı qeyri-leqal bir kollektiv səhnə reallaşdırılır. Bəşər heç bir elmi və məntiqi sütuna malik olmayan, tamamilə kommersiya məqsədilə icad edilmiş bu saxta təqvimə abunə olur. Müxtəlif şirkətlər insanları manipulyasiya edərək onlara icbari tələblər diktə edir, cəmiyyət isə ağa-boza baxmadan, fikirləşmədən bu oyundakı bir hissəyə çevrilir. Gün etibarilə mahiyyətini təhlil edərsək, nə qədər absurd və mənasız olmasına açıq-aşkar şahid olarıq. Kapitalizm hər zaman öz varlığını mühafizə etmək üçün istehlakçılıq psixologiyası proteini qəbul edir. Lakin 14 Fevral kimi süni təqvimlər yalnız bəşərdəki maddi varlığı ələ keçirmək üçün deyil, həmçinin cəmiyyət üzrə dərin sosial-psixoloji problemlər üçün xüsusi dizayn edilmişdir. Bu gündəki əsas mesaj budur: Sevgi varsa, onu hədiyyə ilə sübut etməlisən, əgər bahalı, cah-calallı, hədiyyə almırsansa, səndəki hisslər dəyərsiz və qiymətsizdir. Əgər bu absurd tamaşadakı təlxək deyilsənsə, sən bəşəri münasibətlər sarıdan bədbəxtsən. Gülməlisi odur ki, insanlar bunu şübhə altına almadan, düşünmədən, kor-koranə mənimsəyirlər. Halbuki burada sevgi deyil, ticarət maraqları var. Zərgərlik firmaları, çiçək dükanları, restoranlar və şokolad istehsalçıları bir gün ərəfəsi milyonlarla insanı talan etmək üçün kütləvi hipnoz formalaşdırırlar. İnsanlar və bəzi iquanalar bu gün hörmətinə borca girir, lazımsız kreditlər götürür, sadəcə və sadəcə kommersiya şirkətlərini doydurmaq üçün süni təlqinlərlə sərvətlərini havaya sovururlar. (R)omantik instinktləri qıcqıran bu günlər insanlara maya əvəzi balatılı gözləntilər yüklənir. Sosial platformalar üzrə bahalı restoranlar, qırmızı timsah güllər, poetik sürprizlər nümayiş olunur, ələlxüsus, cütlər yox, alətlər ehtirası - sosial platformalar, parklar, evlər və s. məmnun edilir. Bu saxtakar mücərrəd və virtual mənzərələr reallıqdan tamamilə uzaqdır, bu sadəcə kütlə əqlini zəiflətmək üçün nəzərə alınmış illüziyalardır. Daha gülməlisi isə odur ki, bu gün qeyri-leqal münasibəti olmayan insanları bilərəkdən təcridə məruz buraxır. Cəmiyyət sanki onlara mesaj verir: “Əgər sevgiliyə malik deyilsənsə, sən natamamsan”. Bu düşüncə tamamilə xətalıdır, lakin kütlə tərəfindən mənimsənilir. Depressiyaya düşən gənclər, özünü qiymətsiz hiss edən subaylar bu gündəki ən böyük fəsadlardandır. Bir günə görə bu qədər səfehcəsinə əzab çəkmək, əslində, insandakı öz qıt düşüncəsinin nəticəsidir, eynilə ölüm təhlükəsi 14 şriftlə yazılmasına rəğmən tütün məmulatları istifadəsi kimi. Reklamçılar və marketinq strategiyaları insan hüquqlarını və daxili aləmini darmadağın edərək mənəviyyat və əsl sevgi məfhumunu darmadağın ediblər. Əgər əvvəllər sevgi qarşılıqlı hörmət və dərin bağlılıq kimi anlayışlarla ölçülürdüsə, bu gün sevgi bir hədiyyə qiyməti ilə müəyyən edilir. Ələlxüsus, bu gün nə sevgiyə, nə insani dəyərlərə xidmət edir. Bu, bəzi ideologiya sükanı arxasındakı şəxslərlə inşa edilmiş və bəşəriyyəti idarə etmək üçün strukturlaşdırılmış ticarət festivalıdır. Bütün bu absurdluqlara rəğmən insanlar bu tamaşadakı səhnələrə könüllü obrazlığı qəbul edirlər. Teatrdakı pərdəarxası isə sadəcə bu gündəki neqativ hallarla bitmir, həmçinin təməli sağlam atılması lazım gələn cəmiyyəti gələcək hallar üçün belə korlayır: gənc toplum axın-axın uçuruma irəliləyir, qumar-mərc oyunları, LGBT+, faiz bataqlığı və adiləşməsi, cinsi münasibətlərdəki ev məhbusluğu hökmü ləğv edilərək ictimai küçələrə daşması, yalançılıq, etibarsızlıq, ensiz-bucaqsız mənəvi rahatlığa sahib valdeynlərdəki yarıçılpaq övladı ilə namus podiumları, çimərlik qumundan dedektorlara papaqlar çıxması, söyüşlərdəki ana-bacı mutasiyası, təhqirə rəğmən təbəssüm edilməsi, tütün və əqli sərxoş edən zərərli şeylərdəki fövqəladə artım, məktəbli qızlardakı cərrahlara müraciət epidemiyası, ərini başqa əri ilə səmimi aldadan evdar qadın, qadınını başqa qadın ilə səmimi aldadan əməkdar artistlər, daim cəmiyyətimizi əxlaq normativlərinə çağıran, ata-ana tərbiyəsi bəlli olmayan, gecəsi bir külçə qızıla başqa kişilərə bir stəkan çay üçün qonaq gedən şou-biznesçiləri reklam edən televiziyalar və s. buna müqabil bir fəaliyyəti, uğuru olmayan dünyəvi müalicə cəhdləri! 14 Fevral elə zənn edirdiniz ki, fevral ayının 14-ü bitir?! Hər ilimiz bədbəxtliyə doğru gedir, hətta qaçır! Təəssüf, elm inkişaf etməsinə rəğmən! Elmi inkişafı belə yaman damarlarımıza qədər hiss edirik axı! Əsil sevgi Allah çərçivəli sevgidir. Həqiqətən, evlilik düşünürsənsə, sevgidəki tək ölçü ehtiras olmamalıdır. Qərbdəki mənəviyyatsız adətlərlə xoşbəxt olacağını zənn etmə, çünki qərb heç vaxt insanlar üçün rifah düşünməmişdir. Sən insansan, reklam deyilsən! Nəriman Goranboylu
❤️ 👍 25

Comments