
Əhli-Sünnə Mədrəsəsi
February 17, 2025 at 12:15 PM
Bu gün Əhli-Sünnə Mədrəsəsinin Hənəfi elm tələbələrilə bərabər Misirin ən böyük kəlam alimlərindən biri olan Şeyx Həsən əş-Şafei əl-Hənəfini ziyarət etdik. Hətta misirli çox elm adamına görə dünyanın yaşayan ən böyük Əşəri alimi Şeyx Həsəndir. Şeyx fiqhdə Hənəfi məzhəbindədir. Mədrəsəmiz üçün çoxlu dualar etdi. Bu yolda hansı üsula riayət edərək dəvət etməyin yollarını bizə başa saldı. Onun 94 yaxın yaşı var. Amma zehini tərtəmizdir. Rəbbim, ona bərəkət versin. Bütün mədrəsəmizi ikinci dəfə yemək qonaqlığına dəvət etdi.
❤️
👍
🙏
14