UNEC
UNEC
February 5, 2025 at 03:20 PM
*UNEC-in 95 illik yubileyinə həsr olunmuş TEDxUNEC səhnəsində olacaq növbəti spikerimiz – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov!* ❗️ABŞ-ın Roçester Texnologiya İnstitutunda kommunikasiya və marketinq üzrə, Azərbaycan Dillər Universitetində isə filologiya üzrə magistr dərəcəsi almışdır. ❗️Ən böyük enerji korporasiyalarından biri olan BP-də işləmiş və şirkəti fərqli auditoriyalar qarşısında uğurla təmsil etmişdir. ❗️“Sözünə Güvən: Auditoriyanı Fəth Etməyin 10 Yolu” və “Sözün Düzü: İnsanlara Təsir Etməyin 9 Yolu” adlı effektiv kommunikasiya və təqdimat bacarığı mövzularında iki kitabın müəllifidir. ❗️Beynəlxalq biznes təlimçisi olub, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, ABŞ, Qətər, Vyetnam, İordaniya, Hindistan və Şri-Lankada effektiv ünsiyyət üzrə çoxsaylı məşğələlər aparmışdır. ❗️İyirmi ildən artıq davam edən karyerası ərzində mətbuat katibi, baş redaktor, biznes jurnalist, xarici əlaqələr şöbəsinin müdiri və regional rəhbər kimi fəaliyyət göstərib.
👍 ❤️ 5

Comments