UNEC
UNEC
February 24, 2025 at 01:50 PM
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, Tələbə Gənclər Təşkilatının və UNEC Karyera Mərkəzinin tərəfdaşlığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Azərbaycan Qadınlarının Gücü" adlı müsabiqənin "Seçim İmtahanı" mərhələsi keçirilib. Seçim imtahanında iştirak etmək hüququ qazanmış UNEC-in 30 xanım tələbəsinə "Sahibkarlıq" mövzusunda 10 açıq sual təqdim olunub. 120 dəqiqə davam edən imtahanda qalib olan 10 tələbə "UNEC-in Ən Uğurlu Xanım Tələbəsi" adına layiq görülüblər. Qaliblər 4 mart 2025-ci il tarixində, saat 14:00-da UNEC əsas tədris binası böyük akt zalında keçiriləcək "Azərbaycan Qadınlarının Gücü" adlı tədbirdə mükafatlandırılacaqlar. Qalib tələbələrimizi təqdim edirik: • İsayeva Şəfa Nizami / MBA / I kurs / Qrup A0-24 • ⁠Abdullayeva Ləman Vilayət / İqtisadiyyat və idarəetmə / III kurs / Qrup 157 • ⁠Məmmədova Aydan Adəm / İqtisadiyyat və idarəetmə / II kurs / Qrup 137 • ⁠Hacıyeva Aytac Ramin / İqtisadiyyat və iadrəetmə / II kurs / Qrup 222 • ⁠Musabalıyeva Nuray Rövşən / Rəqəmsal İqtisadiyyat / III kurs / Qrup 585-İ • ⁠Rəhimli Günay Cəsarət / Maliyyə və mühasibat / I kurs / Qrup 436 • ⁠Əlizadə Nazilə Mərdan / Rəqəmsal İqtisadiyyat / II kurs / Qrup 562-İ • ⁠Hacızadə Aygül Ramil / İqtisadiyyat və idarəetmə / II kurs / Qrup 204 • ⁠Alməmmədli Fatimə Coşqun / İqtisadiyyat və idarəetmə / II kurs / Qrup 139 • ⁠Əsgərova Ceyla Emil / “SABAH” Mərkəzi / III kurs / Qrup 405/1 UNEC-in bütün xanım əməkdaşlarını və tələbələri "Azərbaycan Qadınlarının Gücü" adlı tədbirdə iştirak etməyə dəvət edirik!
❤️ 👍 😮 🙏 13

Comments