Maide.Az
Maide.Az
February 14, 2025 at 09:14 AM
“ŞƏBANİYYƏ” MÜNACATINDAN-8 ، İlahi! Sənə itaətsizlikdən qaçmağa gücüm yoxdur. Yalnız Özün məni ayıldıb məhəbbətinə yönəltsən, Sənin istədiyin kimi ola bilərəm. Məni kərəminə şamil etdiyin və qəlbimi qəflət çirkabından təmizlədiyin üçün Sənə təşəkkür edirəm. İlahi! Mənə çağırdığında cavab verən və yardım etdikdə itaətindən çıxmayan bir şəxsin baxşı tək bax! Ey yaxın olan, barəndə səhv düşünənləri Özündən uzaqlaşdırmırsan! Ey səxavətli olan, mükafatına ümid bağlayana əsirgəmirsən! İlahi! Sənə yaxınlaşmağıma səbəb olacaq bir qəlb, sədaqəti Sənə doğru yüksəlmək üçün bir dil və Sənə yaxınlaşmaq üçün həqiqəti görən bir baxış əta et! #şəbaniyyəmunacatı #dua #munacat #tövbə #kəşfet #islam @MaideTV
♥️ ❤️ 😂 3

Comments