Maide.Az WhatsApp Channel

Maide.Az

579 subscribers

About Maide.Az

Bu süfrədən geri qalmayın! Kanalımızda İslam maarifi, moizələr, İslam təqvimi, gündəlik hədislər və s. paylaşımlar ilə xidmətinizdəyik. Kanalımızı izləməyi və paylaşmağı unutmayın!

Similar Channels

Swipe to see more

Posts

Maide.Az
Maide.Az
6/9/2025, 8:27:50 AM

Qədir-Xum hadisəsindən aldığımız ən böyük dərs Mübarək Qədir-Xum bayramı on iki imam şiələrinin şəxsiyyət vəsiqəsinin əsas hissəsidir və hər bir şiə uzun əsrlər boyu hər il bu günü, bu hadisəni xatırlamaqla əsil mənliyini və heysiyyətini qoruyub saxlamışdır. Qədir-Xum hadisəsi haqqında bir neçə məqama toxunmaq istəyirəm: Birincisi, elə Qədir-Xum hadisəsinin özüdür. Peyğəmbəri-Əkrəmin (s) zamanında nisbətən genişlənməkdə olan İslam dünyası çox mühüm bir hadisənin şahidi oldu və bu hadisə Həzrət Əlinin (ə) canişin təyin edilməsinin açıqlanması idi. Bu hadisəni təkcə şiə deyil, əhli-sünnədən olan böyük alimlərin də bir çoxu nəql etmişdir. Qədir-Xum hadisəsinin təhlili və anlaşılması müxtəlif olsa da, bu hadisənin əsl həqiqəti müsəlmanlar arasında danılmaz bir fakt kimi qəbul olunmuşdur. Canişinlik hadisəsinin Peyğəmbərin (s) ömrünün son aylarında, daha doğrusu, o Həzrətin (s) ömrünün sonuna təxminən yetmiş gün qalmış baş verməsi heç də təsadüfi deyil. Bu, öz növbəsində İslami nöqteyi-nəzərdən İslam ümmətinin idarəçiliyinin, siyasət və vilayətinin nə qədər əhəmiyyətli olduğunun əyani göstəricisidir. Belə ki, mərhum İmam Xomeyninin (r.ə) və ondan da qabaq yaşayan böyük fəqihlərdən bir çoxunun din və siyasətin vəhdəti, dində hakimiyyət məsələsinin əhəmiyyəti üzərində təkidlə dayanması İslam maarifindən, xüsusilə Qədir-Xum məktəbindən qaynaqlanır. Bu da bilavasitə məsələnin əhəmiyyətini çatdırır. İstər biz şiələr, istərsə də Qədir-Xum hadisəsini bizim kimi təhlil edən qeyri-şiələr bütün tarixi dönəmlərdə hakimiyyət məsələsinin İslamın ən əsas və birincidərəcəli məsələsi olduğuna xüsusi diqqət yetirməlidirlər. Hakimiyyət məsələsinə laqeyd və etinasız yanaşmaq olmaz. Bəşəriyyətin düz və ya əyri yolda hərəkət etməsində hökumətlərin əvəzsiz rolu bəşər təcrübəsi tərəfindən öz real təsdiqini tapmışdır. Belə ki, İslam Respublikasının sistemində – həm konstitusiyasında, həm də İslam Respublikasını tanıtdıran digər meyarlarda – rastlaşdığımız müsəlman ərazilərinin idarəçiliyinə dair mühüm təkidlərin kökü İslamın bu məsələyə münasibətindən qaynaqlanır. Bu, xüsusi diqqət yetirilməli bir məsələdir. Toxunmaq istədiyim ikinci məqam isə Qədir-Xum hadisəsi ilə yanaşı qoyulan digər bir məsələdir. Bu məsələ, yəni İslam Peyğəmbərinin (s) məhz Həzrət Əlini (ə) canişin təyin etməsi də çox əhəmiyyətlidir. Həzrət Əlinin (ə) həmin vaxtlarda və ondan sonrakı dövrlərdə hansı özəllikləri var idi?! Həzrət Əli (ə) şəxsiyyətini səciyyələndirən bu xüsusiyyətlər bizə örnək olmalıdır. Əmirəlmömininin (ə) ilk özəl xüsusiyyəti ilahi razılığa bağlılığı və daim doğru yolda hərəkət etməsidir. O, hər nə qədər çətin olsa da, güclü səy tələb etsə də, fədakarlıq lazım olsa da, bu mübarək yoldan dönmədi. Bu, Həzrət Əlinin (ə) ən mühüm xüsusiyyətidir. Əmirəlmöminin (ə) o şəxsdir ki, uşaq yaşlarından şəhadət anına qədər Allah yolunda və Allah üçün heç bir hadisədə bir an belə geri çəkilmədi, tərəddüd və şəkk etmədi, bütün varlığını bu meydanda sərf etdi. Təbliğ etmək lazım olduqda təbliğ etdi. Döyüşməli olduğu vaxt ölümdən qorxmadan Peyğəmbərin (s) hüzurunda qılınc vurdu. Səbir etmək lazım gəldikdə səbir etdi. Siyasi səhnədə ona ehtiyac duyulduqda, siyasət meydanına qədəm qoydu. Həyatının bütün bu mərhələlərində lazımi qədər fədakarlıq göstərdi. Peyğəmbəri-Əkrəm (s) belə bir şəxsi İslam cəmiyyətinə rəhbər təyin edir. Əslində, bu hadisə bizim üçün böyük bir dərsdir və bu, təkcə hafizələrdə yaşayan tarixi bir xatirə deyil, həm də İslam ümmətinə gözəl bir örnəkdir. Qədir-Xum hadisəsi göstərir ki, İslami cəmiyyətləri idarə etmək üçün bir sıra meyarlar mövcuddur və o meyarlar bunlardan ibarətdir: Allahpərəstlik, ilahi razılıq naminə çalışmaq, Allah yolunda canını və malını fəda etmək, heç bir çətinlikdən qorxmamaq və dünyadan imtina etmək. Bu əlçatmaz zirvə Əmirəlmöminindir (ə). Meyar elə Həzrət Əlinin (ə) özüdür və bu, Qədir-Xum hadisəsindən aldığımız ən böyük dərsdir. (Həzrət Ayətullah Xameneinin mübarək Qədir-Xum bayramı münasibətilə etdiyi çıxışdan bir hissə – 17 /12/ 2008.) Maide.az - Maarif bölümü https://t.me/MaideTV

❤️ 2
Maide.Az
Maide.Az
6/9/2025, 8:27:20 AM

Qədir-Xum hadisəsindən aldığımız ən böyük dərs

Post image
❤️ 1
Image
Maide.Az
Maide.Az
6/9/2025, 11:04:42 AM

NAMAZIN MÜQƏDDİMƏSİ Dördüncü bab: Qiraətin bəzi batini qaydaları və sirləri (55) Üçüncü fəsil İndi, bu ilahi səhifənin hədəf və mətləblərini bildikdən sonra gərək başqa bir mühüm məsələni nəzərə alasan. Həmin mühüm məqama diqqət etsən, bu mübarək kitabdan istifadə yolun asanlaşar və qəlbinə maarif və hikmət qapıları açılar. Barəsində danışdığımız məsələ bu müqəddəs ilahi kitaba öyrənmək gözü ilə baxmaq və onu təlim, faydalanmaq kitabı bilmək, ondan öyrənməyi, bəhrələnməyi özünə borc bilməkdir. Bizim bu öyrənmək, faydalanmaq və bəhrələnməkdə məqsədimiz ondan ədəbi məqamları, morfologiya və sintaksisi, yaxud fəsahat və bəlağəti, bəyan və ritorik məqamları öyrənmək, yaxud onun hekayətlərinə tarixi nöqteyi-nəzərdən və keçmiş ümmətlərin tarixini öyrənmək məqsədi ilə baxmaq deyil. Bunların heç biri Quranın hədəflərindən deyil və onlar bu ilahi kitabın əsas hədəflərindən çox uzaqdır. Bizim bu böyük kitabdan az istifadə etməyimizin və az faydalanmağımızın səbəbi də budur. Belə ki biz əksər hallarda ona öyrənmək gözü ilə baxımırıq və onu yalnız savab olsun deyə oxuyuruq. Buna görə də onun tacvid qaydalarından başqa digər cəhətlərinə diqqət etmirik. İstəyirik Quranı üzündən daha düzgün oxuyaq ki, bizə savab versinlər. Beləcə, həmin həddə qalır və bu işlə kifayətlənirik. Buna görə də qırx il Quran oxuyuruq, amma üzündən oxumaq savabından başqa heç nə əldə etmirik. Yaxud əgər məqsədimiz öyrənib öyrətmək olsa, onun bəyan və bəlağət məqamlarını, möcüzəvi cəhətlərini, bundan bir az da yuxarını, məsələn, tarixi cəhətləri, ayələrin nazilolma səbəblərini, nazilolma vaxtını, ayə və surələrin Məkkə və ya Mədinədə nazil olmasını, qiraət fərqlərini, müxtəlif məzhəb müfəssirlərinin fərqli baxışlarını, əsas hədəfdən xaric olan və insanın Qurandan uzaq düşməsinə səbəb olan, ilahi zikri yaddan çıxaran bu kimi məsələləri öyrənməklə məşğul oluruq. Hətta bizim böyük müfəssirlər də özlərinin əsas səylərini bu cəhətlərdən birinin və ya bir neçəsinin öyrənilməsinə sərf ediblər və insanların üzünə təlim qapılarını açmayıblar. Bizim nəzərimizcə, indiyə kimi Allahın kitabının təfsiri yazılmayıb. Ümumiyyətlə, kitabın "təfsir edilməsi" ifadəsinin mənası həmin kitabın hədəflərinin şərh edilməsidir. Onda əsas diqqət kitab sahibinin məqsədinin bəyan edilməsi olmalıdır. Müfəssir gərək Allah-Taalanın Özünün də şəhadət verdiyi kimi, hidayət, təlim və insanlıq yolunun nuru olan bu müqəddəs kitabın hər hekayətində, hətta hər ayəsində qarşı tərəfi qeyb aləminə hidayət etsin və ona səadət, mərifət və insanlıq yolunu aşılasın. Müfəssir bizə təfsirlərdə qeyd edilən nazilolma səbəbini deyil, ayənin nazil olmasının hədəf və məqsədini başa salanda müfəssir olur. Məsələn, Allah-Taalanın dəfələrlə Öz kitabında nəql etdiyi Adəm (ə) ilə Həvvanın (ə) hekayətində, onlarla İblisin arasında yaradılışın əvvəlindən, hələ onlar yer üzünə gələnə qədər baş verən hadisələrdə çoxlu sayda maarif, moizə və sirlər var və onlar bizi nəfsin nöqsanları, şeytani əxlaq və onun kamillikləri ila nə qədər çox tanış etsə də, biz onlardan qafilik. Xülasə, Allahın kitabı mərifət, əxlaq, səadət və kamala dəvət kitabıdır. Təfsir kitabı da gərək irfani-əxlaqi olsun və həm irfani və əxlaqi cəhətləri, həm də səadətə dəvətin digər cəhətlərini bəyan etsin. Bu cəhətdən qafil olan, ya üstündən keçən ya əhəmiyyət verməyən müfəssir Quranın məqsədindən, kitab nazil etmək və peyğəmbər göndərməyin əsas hədəfindən xəbərsizdir. Bu, İslam ümmətini əsrlərdir Qurani-Şərifdən bəhrələnməkdən məhrum etmiş və hidayət yolunu insanların üzünə bağlamış böyük səhvlərdəndir. Biz hədəfin nə olmasını əqli və məntiqi dəlillərdən bilsək də, gərək Allahın kitabının nazil edilməsinin hədəfini onun özündən öyrənək. Çünki kitab sahibi hədəfinin nə olduğunu daha yaxşı bilir. İndi biz bu kitab sahibinin Quranın məqamı barəsindəki kəlamlarına nəzər salaq və görək bu barədə Onun Özü nə buyurur: ذالك الْكِتَبُ لَا رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ "Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar üçün hidayət mənbəyidir. ("Bəqərə", 2.) Allah-Taala bu ayədə Quranı hidayət kitabı adlandırmışdır. Həmçinin görürük ki, kiçik bir surədə bir neçə dəfə bu ayəni təkrar edir: وَ لَقَدْ يَسَّرْنَا الْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ "Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?" ("Qəmər", 17.) Həmçinin buyurur: و أنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَينَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ "Və Biz bu zikri (Quranı) sənə (bir dəfəyə) nazil etdik ki, insanlara onlara (tədricən) nazil olanı açıqlayasan və bəlkə düşündülər". ("Nəhl", 44.) كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لَيَدْبُرُوا آيَاتِهِ وَ لِيَتَذَكَّرَ أَوْلُوا الْأَلْبَابِ "(Bu Quran.) ayələrində düşünüb arxasınca getmələri və (əsl) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır". ("Sad", 29.) Buna bənzər ayələr çoxdur və onların hamısının qeyd edilməsi uzun çəkər. Xülasə, bizim bürün bunları deməkdə məqsədimiz təfsirləri tənqid etmək deyil. Çünki müfəssirlərin hər biri həmin mübarək kitabların ərsəyə gəlməsi üçün çox zəhmətlər çəkib, sonsuz əziyyətlərə qatlaşıblar. Onların bu yaxşı əməlləri ilahi niyyətlidir və onları mükafatlandırmaq Allahın öhdəsindədir. Məqsədimiz budur ki, Allaha tərəf mənəvi hərəkətin, ruhların paklanmasının və ilahi qayda qanunların yeganə mənbəyi, yaradanla məxluq arasında ən böyük vasitə və Allahın möhkəm ipi olan bu mübarək kitab gərək insanların üzünə açılsın. Gərək alimlər, müfəssirlər ərəb və fars dillərində təfsirlər yazsınlar, hədəfləri bu mübarək kitabda olduğu kimi, irfani və əxlaqi məqamların açıqlanması, məxluq ilə yaradanın əlaqəsinin necəliyinin bayanı, xudbinlik diyarından əbədi şadlıq evinə hicrətin izahı olsun. Bu kitabın sahibi Səkkaki və Şeyx deyil ki, məqsədi bəlağət və fəsahətə aid məqamların bəyanı olsun. Yaxud Sibəveyh və Xəlil deyil ki, hədəfi morfologiya və sintaksisə aid cəhətlər olsun. Həmçinin Məsudi və İbn Xülləkan deyil ki, dünyanın tarixi barəsində danışsın. Bu kitab Musanın (ə) əsası və "şəffaf əl"i, yaxud ölüləri dirildən nəfəsi deyil ki, yalnız möcüzə olaraq və Həzrət Peyğəmbərin (s) sözlərinin doğruluğunu təsdiqləmək üçün gəlmiş olsun. Bu səhifə qəlbləri ilahi elm və maariflə əbədi olaraq dirildən bir kitabdır. O, Allahın kitabıdır və ilahi işlərə tərəf dəvət edir. Müfəssir gərək insanlara ilahi işləri öyrətsin və camaat gərək ilahi işlərin öyrənilməsi üçün onlara müraciət etsinlər ki, ondan fayda əldə edə bilsinlər. وَ نُنزَلُ مِنَ الْقُرْءَانِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ وَ لَا يَزِيدُ الظَّلِمِينَ إِلَّا خَسَارًا "Biz, Qurandan möminlər üçün şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara ziyandan başqa bir şey artırmır". ("İsra", 82.) Bundan böyük hansı ziyan ola bilər ki, otuz-qırx il Allahın kitabını oxuyaq, təfsirlərə müraciət edək, amma onun hədəflərindən uzaq qalaq. رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرین "Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, şübhəsiz ki, ziyana uğrayanlardan olacağıq". ("Əraf", 23.) (İmam Xomeyninin "Adabus-səlat" kitabından, səh.151-153.) Maide.az – Maarif bölümü @MaideTV

Maide.Az
Maide.Az
6/9/2025, 10:39:51 AM

'Qədir-Xum' xütbəsindən bir parça https://t.me/MaideTV

Post image
💚 💞 3
Image
Maide.Az
Maide.Az
6/9/2025, 7:30:51 AM

💠 SİRLƏRİN ZÜHURU - Ayətullah Cavadi Amuli

❤️ 2
Video
Maide.Az
Maide.Az
6/9/2025, 11:04:39 AM
Post image
Image
Maide.Az
Maide.Az
6/9/2025, 5:30:34 PM

🕌 Gündəlik təqvim və günün zikrləri #namazvaxtı  #təqvim #gündəlikzikr #azan https://t.me/MaideTV

Post image
🙌 2
Image
Maide.Az
Maide.Az
6/9/2025, 12:56:43 PM

Namazın hökmləri - Ali Rəhbər Ayətullah Xameneinin fətvası əsasında Sual: Əgər məscidi tikənlər onu özləri və öz qəbilələləri üçün tikdiklərini iddia edirlərsə, bu məsciddə namaz qılmağın hökmü nədir? Cavab: Məscid ünvanında tikildikdən sonra bu məscid müəyyən qövmə, dəstəyə, qəbiləyə və şəxslərə aid olmur, bütün müsəlmanlar ondan istifadə edə bilərlər. #hökmlər #əhkam #dəstəmaz  #namaz @MaideTV

Post image
💚 🙌 🤲 4
Image
Maide.Az
Maide.Az
6/9/2025, 7:31:09 AM

💠 SİRLƏRİN ZÜHURU - Ayətullah Cavadi Amuli 🔹 Buyurdu: Hər kəsin daxilində bir xüsusiyyət varsa, haçansa üzə çıxacaq. Nə yaxşı olar ki, insanın daxili ilahi sirlərlə zənginləşsin ki, üzə çıxdıqda da, onun ruhu və reyhanı ətraf mühiti ətirləndirsin. Bundan da gözəl nə ola bilər! Bizim vəzifəmiz özümüzü göstərmək yox, yaxşı insan olmaqdır və bu yaxşılıq, istəsək də, istəməsək də, öz-özünə üzə çıxacaq. Özümüzü göstərmək iddiasında olmamalıyıq. وَ جَعَلْنا لَهُ نُوراً یمْشی‏ بِهِ فِی النَّاسِ – "İnsanlar arasında gəzmək üçün ona bir nur verdik" – ayəsinə ("Ənam"/122) əsasən, yaxşı insan özünü göstərmək fikrində olmur. Allah-Taala insanlara elə bir ağıl verib ki, yaxşı insanın saflığı və paklığını onun oturuş və duruşundan (rəftarından) anlayırlar. 🔹 Allah-Taala buyurur ki, İslam sisteminə, cəmiyyətə və xalqa – Allah eləməsin – xəyanət etmək niyyətində olan kəsi rahat buraxmayacağıq: أَمْ حَسِبَ الَّذِینَ فِی قُلُوبِهِم مَرَضٌ أَن لَن یخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ "Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!" ("Muhəmməd"/29.) Daxilində mərəz olanlar onu hər zaman gizlədə biləcəklərini və Bizim onları zahirə çıxarmayacağımızı güman edirlər. Xeyr, Biz onu zahirə çıxaracağıq! 🔹 Beləliklə, biz öz abır-həyamızı qorumalıyıq. Onu qorumağın ilk yolu batini təmizləyib saflaşdırmaqdır. Əgər – Allah eləməsin – insanın batini saf və təmiz olmazsa, bu, bir yolla özünü göstərəcək; ya nitqində, ya davranışında, ya da yazısında üzə çıxacaq. İnsan səhvsiz və unutqansız deyil. Səhv və unutqan halında həmin hadisə özünü göstərəcək! #AyətullahCavadiAmuli #yaxşınsan #sirr #qəlb @MaideTV

🥺 1
Maide.Az
Maide.Az
6/9/2025, 4:50:02 AM

İmam Əli (ə) : إِنَّ أَعْظَمَ الْحَسَرَاتِ يَوْمَ الْقِيَامَةِ حَسْرَةُ رَجُلٍ كَسَبَ مَالاً فِي غَيْرِ طَاعَةِ اللهِ، فَوَرَّثَهُ رَجُلاً فَأنْفَقَهُ فِي طَاعَةِ اللهِ سُبْحَانَهُ، فَدَخَل بِهِ الْجَنَّةَ، وَدَخَلَ الاوَّلُ بِهِ النَّارَ “Qiyamət gününün ən böyük peşmançılığı var-dövlətini haram yolla qazanan şəxsin peşmançılığıdır; belə ki, digəri onu irs aparıb Allaha itaət yolunda xərc çəkərək Cənnətə, haram var-dövləti qazanan isə Cəhənnəmə gedəcək.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 421.) https://t.me/MaideTV

Post image
😔 🙏 3
Image
Link copied to clipboard!