
Maide.Az
February 16, 2025 at 09:32 AM
“ŞƏBANİYYƏ” MÜNACATI-9
İlahi! Həqiqətən, Sənin vasitənlə tanınan tanınmamış qalmaz. Sənə sığınan xar olmaz. Sənin nəzər-diqqətində saxladığın şəxs başqasına qul olmaz. İlahi! Sənə yol tapan aydınlığa çıxdı. Səndən yapışan sığınacaq tapdı. Mən də Sənə sığınmışam, İlahi! Elə isə, mənim rəhmətinə olan hüsnü-zənnimi ümidsizliyə çevirmə və məni Öz ülfətindən uzaq salma. İlahi! məni vilayət əhlinin arasında Sənə sevgisinin artmasına ümid bəsləyən şəxsin məqamını bəxş et. İlahi! Səni zikr etmək üçün mənə Öz zikrinə valeh et. Adlarından və müqəddəs məqamından aramlıq əldə etmək üçün mənə himmət əta et!
#şəbaniyyəmunacatı #dua #munacat #tövbə #kəşfet #islam
@MaideTV
❤️
🙏
2