Maide.Az
Maide.Az
February 18, 2025 at 12:54 PM
Orucun hökmləri - Ali Rəhbər Ayətullah Xameneinin fətvası əsasında SUAL: Əgər həddi-büluğa yeni çatan qızlara oruc tutmaq çətindirsə, onların vəzifəsi nədir? CAVAB Mükəlləfdə halsızlıq yaratdığına görə, o, orucunu aça bilməz. Amma əgər halsızlıq adətən dözülməyəcək bir həddə olarsa, orucunu aça bilər. Həmçinin əgər orucun ona ziyanı olacağını bilsə və ya ziyanı olacağından qorxsa, orucunu aça bilər. Beləliklə, şəri büluğ yaşına yeni çatan qızlara (məşhur rəyə görə, qızlarda şəri büluğ yaşı qəməri təqvimi ilə doqquz yaşın tamamlanmasıdır) oruc tutmaq vacibdir. Çətin olduğuna, halsızlıq yaratdığına və bu kimi başqa səbəblərə görə onlar orucu tərk edə bilməzlər. Amma əgər oruc tutmağın onlara ziyanı olarsa və ya böyük çətinlik yaradarsa, bu hallarda oruc tutmamalarına icazə verilir. #hökmlər ər #əhkam #oruc  #şərisual #müstəhəb #vacib @MaideTV
❤️ ♥️ 👍 💚 5

Comments