
Maide.Az
February 22, 2025 at 10:31 AM
Orucun hökmləri - Ali Rəhbər Ayətullah Xameneinin fətvası əsasında
SUAL: Orucu pozan işlər hansılardır?
CAVAB: Orucu pozan işlər aşağıdakılardır:
1- Yemək və içmək;
2- Cinsi əlaqə;
3- İstimna (masturbasiya);
4- (Ehtiyat-vacibə görə) Allahın, peyğəmbərlərin (ə) və məsumların (ə) adından yalan demək;
5- (Ehtiyat-vacibə görə) qatı tozu boğaza çatdırmaq;
6- (Ehtiyat-vacibə görə) başı bütünlüklə suya salmaq;
7- Sübh azanınadək cənabətli, heyzli və nifaslı qalmaq;
8- Maye ilə imalə etmək;
9- Bilərəkdən qusmaq.
#hökmlər #əhkam #oruc #şərisual #müstəhəb #vacib
@MaideTV
♥️
❤️
2