Maide.Az
Maide.Az
February 24, 2025 at 10:08 AM
Orucun hökmləri - Ali Rəhbər Ayətullah Xameneinin fətvası əsasında SUAL: Əgər bir şəxs Ramazan ayında orucunu pozmaq qərarına gəlsə, amma orucu pozan bir işi yerinə yetirməmişdən qabaq öz qərarından dönsə, onun orucunun hökmü nədir? CAVAB: Əgər oruc tutan şəxs orucu pozan işlərdən birini yerinə yetirməyi qərara alsa, amma hələ o işi yerinə yetirməyibdirsə, ehtiyat-vacibə görə, orucunu tutmalı və sonradan orucun qəzasını da tutmalıdır. QEYD: 1. Orucda niyyətin davam etməsi vacibdir. (Yəni oruc tutan şəxs günün sonunadək oruc niyyətində qalmalıdır.) 2. Əgər oruc tutan şəxs gün ərzində oruc niyyətindən dönsə, belə ki orucu davam etdirmək niyyətində olmasa, onun orucu pozulur və orucu davam etdirmək üçün onun yenidən oruc niyyəti etməsinin heç bir faydası yoxdur. Amma eyni zamanda o, məğrib azanınadək orucu pozan işlərdən çəkinməlidir. #hökmlər #əhkam #oruc  #şərisual #müstəhəb #vacib @MaideTV
♥️ 👍 💚 🙏 🤲 5

Comments