
Maide.Az
February 27, 2025 at 10:14 AM
“ŞƏBANİYYƏ” MÜNACATI-14 / SON
İlahi! Elə isə, yalnız Səndən istəyir və Sənin dərgahında nalə edir və Sənə doğru can atıram! Səndən istəyirəm ki, Muhəmməd və Ali-Muhəmmədə salam yetir! Məni daim Səni yad edənlərdən, əhdini pozmayanlardan, şükrünü unutmayanlardan və əmrini yüngül tutmayanlardan qərar ver!
lahi! Məni ləzzət bəxş edən izzət nuruna qovuşdur ki, Səni tanıyım, Səndən başqalarından üz çevirim, yalnız Səndən qorxum və Sənin əmrlərinə riayət edim. Ey şövkət və kəramət sahibi! Allahın salamı olsun Öz peyğəmbəri Muhəmmədə və pak Əhli-beytinə! Onlara çoxlu salam olsun!
#şəbaniyyəmunacatı #dua #munacat #tövbə #kəşfet #islam
@MaideTV
♥️
👍
💖
😢
🤲
5