
Maide.Az
February 27, 2025 at 12:41 PM
Orucun hökmləri - Ali Rəhbər Ayətullah Xameneinin fətvası əsasında
SUAL: Əgər bir şəxsə oruc ziyandırsa və yaxud ziyan olacağından qorxarsa, onun vəzifəsi nədir?
CAVAB: Əgər bir şəxs orucun ona ziyanı olduğunu bilsə və ya ziyanı olacağından qorxsa, o, oruc tutmamalıdır. Əgər oruc tutsa, orucu düzgün deyildir. Əksinə, bəzi hallarda oruc tutmaq ona haramdır. Bu yəqinlik və ya qorxu, istər şəxsi təcrübə əsasında, istər etibarlı həkimin sözləri əsasında hasil olsun, istərsə də bunun başqa bir məntiqi əsası olsun, fərqi yoxdur və orucu düzgün deyildir. Yalnız o halda düzgün olar ki, qəsdi-qürbət (Allaha yaxın olmaq niyyəti) ilə oruc tutmuş və sonradan orucun ona ziyanı olmadığı məlum olmuşdur.
#hökmlər #əhkam #oruc #şərisual #müstəhəb #vacib
@MaideTV
♥️
🌹
2