Maide.Az
Maide.Az
February 28, 2025 at 09:57 AM
Orucun hökmləri - Ali Rəhbər Ayətullah Xameneinin fətvası əsasında SUAL: İnsan orucun ona ziyan olacağını və onda xəstəlik yaradacağını necə müəyyən etməlidir? CAVAB: İnsanın özü müəyyən etməlidir ki, oruc tutmaq onda xəstəlik yarada bilər, yaxud onun xəstəliyini ağırlaşdıra bilər, yaxud oruc tutmağa onun qüvvəsi çatmır və ya orucun ona ziyanı vardır. Deməli, əgər həkim bir şəxsə: “Orucun sənə ziyanı vardır” – desə, amma həkimin sözü bu şəxsdə orucun ona ziyanı olacağına dair əminlik və ya qorxu yaratmasa, yaxud da bu şəxs öz təcrübəsi əsasında orucun ona ziyanı olmadığını bilsə, bu şəxs oruc tutmalıdır. Həmçinin əgər həkim bir şəxsə: “Orucun sənə ziyanı yoxdur” – desə, amma bu şəxs orucun ona ziyanı olduğunu bilsə və ya məntiqi bir əsasla orucun ona ziyanı olacağından qorxsa, bu şəxs oruc tutmamalıdır. Oruc tutmaq ona haramdır. #hökmlər  #əhkam #oruc  #şərisual #müstəhəb #vacib @MaideTV
❤️ 2

Comments