Maide.Az
Maide.Az
March 1, 2025 at 09:11 AM
🔸 Şəban ayı ilimizin son ayıdır; yəni əxlaqımzın, əməllərimizin və etiqadımızın son ayıdır ki, (baxıb görək,) bu il ərzində nələr etmişik?! Şəban ayının dualarında deyilir ki: اللَّهُمَّ إِنْ‏ لَمْ‏ تَكُنْ‏ غَفَرْتَ‏ لَنَا فِیمَا مَضَی‏ مِنْ‏ شَعْبَانَ‏ فَاغْفِرْ لَنَا فِیمَا بَقِی مِنْهُ "İlahi, əgər bizi Şəban ayının keçən günlərində bağışlamayıbsansa, onda, qalan günlərində bağışla!" Bu, elə həmin məqsədi daşıyır. 🔸 Əgər ölüm – Allaha pənah – çürüyüb aradan getmək olsaydı, bəli, hesab-kitab da olmazdı. Lakin ölüm dəridən-qabıqdan çıxmaqdır. Bizdən soruşulacaq ilk sual bu olacaq ki, ömrünüzü hansı yolda keçirtdiniz? Bizim buna nağd cavabımız olmalıdır. 🔸 Ölüm həyatdan ibarət olduğu, çürümək yox, dəridən-qabıqdan çıxmaq hesab olunduğu üçün, etdiklərimizə nağd cavabımız olmalıdır. Odur ki, böyüklərin çoxu Şaban ayının son ongünlüyündə xeyir və zərərlərini dəqiqləşdirməyə çalışırlar ki, mən bu bir il ərzində nələr etdim və hansı vəziyyətlə Allah-Taalanın qonağı olmaq istəyirəm? Çünki bərəkətli Ramazan ayı rəhman Allahın ziyafət ayıdır. 🔸 Hər birimiz, xüsusən də, qəlbi daha da təmiz və saf olan gənclər həm özlərini yad etsin, həm bizi unutmasın, həm də keçmişləri unutmasınlar. Maide.Az-Maarif bölümü #şəbanayı #ramazan #ayətullahcavadiamuli #hesab_kitab #gənclər #kəşfet #kesfet @MaideTV
❤️ 😢 4

Comments